"Ədalətin ən yüksək pilləsi sizin çiyinlərinizdədir"-ZİNDANNAMƏ
Featured

06 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırır.

Oxucumuz Faiq Nəsirov layihəmizə qoşulub və bütün zindanlarda olan günahsız məhbuslarımıza məktub ünvanlayıb:

"Ədalətin ən yüksək pilləsi sizin çiyinlərinizdədir"

"Hər birinizi salamlayıram dostlar. Buyururlar Sizlərə dəstək olmaq məqsədilə haqqınızda fikir bildirməyi ən adi sözlərlədə bunu edə bilərsiniz. Amma, mənim fikrimcə, ifadə olunan hər bir fikir ən azı haqqınızda həqiqət, bir insan ruhunda, düşüncəsində yaşanmış gerçək olmalıdır. Siz dövrümüzün ədalət mərtəbəsində ən yüksək pilləsindəsiniz. Bu gün onun dağılmayan hissəsi Sizin çiyinlərinizdə olan hissəsidir və əminəm ki, ölkəmizdə ədalət, həmin o hissədən yararlanaraq özünü bərpa edəcək.

Yaşadığımız mühitin insanın təbii həyat tərzinə, onun sağlam düşünməsinə, saf niyyətdə olmasına nə qədər əngəl olmaqla insanı məşgul etmiş olsada, öz tərəfimdən deyə bilərəm ki, hər ibadətdə Sizləri xatirlayir, məqamınızı dərk edir və Allahın Sizlərə kömək olmasını arzu edirəm və ümid edirəm ki, bu arzuda, istəkdə bulunan dostlar lap çoxdur.

Biz, Sizlərin haqq ücün, ədalət ücün, insanların rifahi üçün hansı məhrumiyyətlərə qatlaşaraq dözdüyünüzü bilirik və bundan ötrü həmişə narahatlıq keciririk. Normal cəmiyyətlərdə Sizlərin azad, sərbəst yaşamaq hüququnuzdur.

Amma, nə edək ki, bizdə bu yoxdur və mübarizənizin əsas məqsədinin də bundan ibarət oldugunu bilirik. Ümid edirəm ki, Allah haqqında bütün işlər uğurla nəticələnir və buna heç bir şübhəm də yoxdur.

Dostlar hər birinizə Allahdan səbr diləyirəm. Zəhmətinizin bəhrəsi, mübarizənizin uğuru hər birinizin sevincinə səbəb olsun.

Faiq Nəsirov.

2018-1 iyun".

Top
JoomlaLock.com All4Share.net