"Qara buludlar arxasından parlayan İŞIQ"-ZİNDANNAMƏ
Featured

07 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktubu oxucumuz Şəhla Əhmədli AXCP sədrinin müavini, siyasi fəaliyyətinə görə, şərlənərək həbs edilən Gözəl Bayramlıya ünvanlayıb.

 "Qara buludlar arxasından parlayan İŞIQ"

Zindannamə! Belə bir gözəl ayda, o ayki Allahın mərhəmət qapılarının açılan vaxtı, Qurani Kərimin Allah tərəfindən nazil olduğu bir ayda bizim talehimizə zindana məktub yazmaq da varmış. O zindan ki, orada gözəl Azərbaycanımızın sayılıb-seçilən mərd oğlanları, qardaş və bacılarımız tutulub saxlanırlar şər və böhtanla...

Bəs onların günahı nə idi?

Azadlıq istədilər, müstəqillik istədilər, hüquqi dövlət istədilər. Gəlin görək bu istəkləri indiki korrupsioner hakimiyyət və onun yandaşları qəbul edə bildilərmi? Əsla yox. Çıxış yolları ancaq şər-böhtan və zindan oldu.

Mən əminliklə bilirəm ki, bütün bu təqiblər, zülümlər, işgəncələr, haqsızlıqlar cavabsız qalmayacaq. Gec-tez haqq-ədalət qələbə çalacaq.

Mən də, bu torpağın bir xanım övladıyam. Göründüyü kimi bu qədər haqsızlığa, ədalətsizliyə biganə qala bilmədim və fikirlərimi sizinlə bölüşmək istədim.

Həmişə AZADLIQ deyən, Qarabağın azadlığı uğrunda mübariz olan, ədalətsiz hakimiyyətə qarşı öz etiraz səsini ucaldan bir xanım var-Gözəl Bayramlı. Bu xanım həmişə haqq deyib, ədalət deyib. Haq -ədalət onun şüarı olub.

Məhz bu, şüarlara görə, mübarizəyə görə bu gün zindan həyatı yaşayır. Gözəl bacım, siz bu qeyrətinizlə, namusunuzla, mübarizliyinizlə minlərlə xanımlara nümunə oldunuz. Sizin kişi qeyrətinizə qurban olum. Sizlər Xanım Zeynəbin övladlarısınız.

Sizi heç bir qüvvə sındıra bilmədi. Bu gün ki gündə özünə “kişi” deyənlərin gözünə dik baxırsınız. Bu torpağın suyu, havası, çörəyi sizə halal olsun. Qalibiyyət Günü heç də uzaqda deyil. Tezliklə haqq-ədalət qalib gələcək və bütün siyasi məhbusların zindan həyatı bir tarixə çevriləcək.

İnşallah

Bir qab su idim ki, içdilər məni,

Yaşıl zəmi idim,biçdilər məni.

Elə yer idim ki, ayaq dəyməmiş,

Tapdaya-tapdaya keçdilər məni.

Şəhla Əhmədli

2018-5 iyun.”

Qeyd edək ki, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb çantasından 12 min ABŞ dolları məbləğində “pul

aşkarlanıb”.

Əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla G.Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Qazax Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda 23 yanvar 2018-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum ediblər.

O, ittihamlarla razılaşmayıb və bu siyasi fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

Top
JoomlaLock.com All4Share.net