Elşad İsgəndərov Fazil Mustafanın cavabını verdi: "Həddini bil!"
Featured

11 İyun 2018

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov son günlər Fazil Qəzənfəroğlu Mustafanın xalqımızın ənənəvi və ilahi dəyərlərinə yönəlik həqarətlərinə münasibət bildirib. O, facebook statusunda F.Qəzənfəroğluna məsləhət də verib: 

Sözügedən statusu təqdim edirik:

"Ey təkfirçi və məzhəbçi təfəkkür, milli-mənəvi irsimizin bu dühalarınamı mələşən deyirsən? Həddini bil!

Əhli beyt eşqi ilə yanıb, onlara edilən zülmü anıb, mərhəmət yaşı ilə sızıldayan korifey şairlərimiz və ədiblərimiz:

– Xəqani – həm də Şafei alimi

– Seyid Yəhya Bakuvi – dünyanın 4 tərəfinə İslam mənəviyyatını yaymış Xəlvətiyyənin Piri Sanisi

– Şeyx Nizami – həm də Sufi piri

– Nəsimi – həm də Hürufi mürşidi

– Xətai – Azerbaycan türkçəsində divanlı ilk cahan hökmdarı

– Fizuli – həm də İmam Hüseyn türbəsi xadimi

– Molla Pənah Vaqif

– Abbasqulu ağa Bakıxanov

– Xan qızı Nətavan

– Mir Həmzə Nigari – həm də boyük Nəqşibəndi şeyxi

– Seyid Əzim Şirvani

– Sabir

…. və milli-mənəvi dəyərlərimizin bizə məxsus çoxusunu ərsəyə gətirmiş yüzlərlə digər ədəbi və mənəvi böyüklərimiz!"

Top
JoomlaLock.com All4Share.net