Aqil Abbas dərs ilinin uzadılmasına üsyan etdi: "Uşaqlara niyə əzab verirlər?"
Featured

12 İyun 2018

"Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?"

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib.

"Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır"-deyə, deputat əlavə edib.(report)

Top
JoomlaLock.com All4Share.net