Abbas Hüseynə: "Səsini eşitdiyim gün mənim üçün bayram oldu...-ZİNDANNAMƏ
Featured

12 İyun 2018

Əziz oxucularımız, on iki ayın sultanı olan Ramazan ayının gəlişi münasibət ilə hamınızı təbrik edirik. Allah ibadətlərinizi və dualarınızı qəbul etsin.

Müqəddəs Ramazan ayının ilk günündən vetenugrunda.az saytı "Zindana məktub..." layihəsinə başlayıb.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Sizlərin bu müqəddəs ayda onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı çatdırmağı özümüzə borc bildik. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq.

Layihə Ramazan ayı boyunca davam edəcək və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Növbəti məktubu Zəhra xanım yazıb. O, məktubunu dayısına, Nardaran məhbusu Abbas Hüseynə yollayıb:

"Səsini eşitdiyim gün mənim üçün bayram oldu...

Salam mənim əziz, mehriban və günahsız dayım!

Dayıcan heç bilmirəm nə yazım hər dəfə sənin üçün çox darıxıram, hər dəfə yanımda olmağını istədiyimdə əlimdən dua eləməkdən başqa hec nə gəlmir.

Allahım səni zalımlardan qorusun! Mən buna əminəm və güvənirəm. İnşaAllah gələn il Ramazan ayında bizimlə olacaqsan.

Zaman kecdikcə sənin üçün çox darıxıram, səni görməyi çox istəyirəm, amma nə etmək olar, əlmdən dua eləməkdən başqa bir şey gəlmir. İnanıram bir gün sənin günahsız olduğunu hər kəs anlayacaq!

Nənəm də sənin üçün çox fikir eləyir. Günahsız yerə 20 il zindanda yatmağı hec kəs ağlına sığışdıra bilmir. Nəyə görə, nə üçün…?

Sən özün elə bir insan idin ki, hec kəsə söz deməzdin, xətrinə dəyməzdin, gülüb keçərdin. Sən həmişə Əhli-beyit yolunda düz gedən dayımsan!

Əllərini Allaha açmış, qəlbində Allah eşqi, dilində Allah zikri olan gözəl insansan.

Heç bir dəfə də olsun bir qarışqanı belə incitməmisən. Allah insanları dünyaya azad göndərib, onlar sənə 20-il günahsız ürə həbs cəzası verməklə sənə qalib gəldiklərini düşünməsinlər! Sən həyatda hər şeyi qazanan insansan.

Ötən həftə sən zəng elədin və mənimlə iki kəlmə də danışdın. Səsini aylar sonar eşitdim və o gün mənim üçün bayram oldu. O gün mənim sevincimin həddi-hüdudu yox idi.

Mən səni çox sevirəm. Kim nə deyir desin, mən əminəm ki sizlər günahsızsınız və bir gün gələcək Haqq ədalət öz yerini tapacaq İnşaAllah.

Yusif peyğemberi zindandan qurtaran Allah səni də zindandan qurtarsın! Amin!

Zəhra Kələntərova

2018-8 iyun.”

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib. Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular.

Top
JoomlaLock.com All4Share.net