Tale Bağırzadədən "Zindana məktub" layihəsinə təşəkkür
Featured

15 İyun 2018

Müsəlman Birliyi Hərəkatının sədri, şərlənərək həbs edilən ilahiyyatçı alim Tale Bağırzadə xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.

O, Ramazan təbrikində vetenugrunda.az-ın kollektivinə və rəhbərliyinə, ölkəmizdə ədalət uğurunda aparılan mübarizəni obyektiv işıqlandırdığına görə təşəkkürünü bildirib. Tale Bağırzadə eyni zamanda vetenugrunda.az-ın "Zinadana məktub" layihəsinin önəmindən söz açıb və bu layihəni yüksək qiymətləndirib.

"Zindana məktub" layihəsi vasitəsilə Taler Bağırzadəyə məktub ünvanlayan tanınmış müəllim Sahib Rüstəmliyə də təşəkkürünü çatdırıb. Məktubu olduğu kimi təqdim edirik:

"Bağışlayan və Mehriban Allahın adı ilə...

Həqiqət hər bir gözəlliyin zirvəsi, insanlığın qayəsidir. Məhz buna görə də insanlığa qənim kəsilənlərin həqiqəti hər vəchlə əzməyə və ya boğmağa çalışmaları heç kəsə gizlin deyildir. Əlbəttə onlara qarşılıq olaraq həqiqət carçıları haqqın qorunaraq insanlara olduğu kimi çatdırılması istiqamətində bütün imkanlarından istifadə etməkdədirlər. Bu gün bu missiyanı şərəflə üzərinə götürən ədalətli media orqanları haqqın təzahüründə əvəzsiz rola malikdirlər.

Biz haqq carçılarına bu şərəfli işlərində uğurlar diləyirik.
Belə bir missiyanı şərəflə yerinə yetirən Vətənuğrunda.az xəbər portalının əməkdaşarını yaşadığımız Ramazan Bayramı münasibəti ilə təbrik edir və bu ay boyunca başlatdığı "Zindana məktub" layihəsinə görə onlara öz dərin minnətdarlığımızı bildirirk. Məhbəs həyatı yaşayan qardaşlarımızla, bizlərlə cəmiyyət arasında körpü rolunu oynayan bu layihə çox təqdirə layiqdir. Buna görə sizlərə təşəkkür edir, haqq işlərinizdə sizlərə uğurlar diləyirik.
Ramazan ayının ilk günlərində bizə Sabirabad rayonu Türkoba kəndindən fizika müəllimi Sahib Rüstəmli məktub ünvanlamışdı (Məktubu burdan oxuya bilərsiz: http://vetenugrunda.az/azaerbaydzan/dzaemiyyaet/item/4271-hadz-taleh-bazhh-rzdaeyae-maektub-maeni-bazhh-shla-zindannamae).

Qardaşımıza səmimi hiss və diqqətinə, böyük ruhundan nəşət tapan mübarizə eşqi ilə qələmə aldığı məkubuna görə təşəkkür etməyi özümüzə borc bilirik. Biz sizin yaşadıqlarınızı üzür səbəbi deyil, bir mübarizə əzmi olaraq qəbul edir, barişmaz ruhunuzda haqq sevgisini alqışlayırıq. Allah sizləri qorusun. Ramazan bayraminiz mubarək olsun. Allah ibadətlərinizi ali dərəcədə qəbul etsin!"

 

YADDAŞ

Qeyd edək ki, T.Bağırzadə 2015-ci il noyabrın 26-da şərlənərək həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb. 

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Əslində qanunvericilikdə məhbusların yaddaş kartı gəzdirmələri və saxlamaları qadağan edilməyib. Yaddaş kartı ilə bağlı ölkədə ilk məhkəmə də məhz Tale Bağırzadəyə quruldu.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir. Tale Bağırzadə ölkədə rejimi tənqid etdiyinə görə həbs edilib və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyır.

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net