Abbas Hüseynə məktub var: "Salam olsun zalımın zülmünə etiraz edən Yusuflərə!"...-ZİNDANNAMƏ
Featured

16 İyun 2018

Vetenugrunda.az-ın "Zindana məktub" layihəsinə bu dəfə Nardaran məhbusu, şərlənərək 20 illik həbs cəzasına məhkum edilən Abbas Hüseynin bacısı Yasəmən xanım məktub ünvanlayıb. Yasəmən xanımın qardaşına və günahsız yerə zindanlara salınan bütün inanclı məhkumlara göndərdiyi ürək sözlərini oxucularımıza təqdim edirik: 

"Salam olsun qaranlıq zindanda belə zalımın zülmünə etiraz edən Yusuflərə!

Salam olsun Zavira zindanındakı Yusiflərinə!

Salam olsun qəlbən Hüseyn (ə,s) eşqini ürəklərdə daşıyıb Museyi Kazım (ə,s) yolunu gedən Yusiflərə!

Salam olsun qaranlıq zindanda belə zalımın zülmünə etiraz edən Yusuflərə!

Öncə vetenugrunda.az saytına öz təşəkkür və minnətdarlığımı bildiriəm bu gözəl layihəyə görə.

Sizin bu layihəniz haqqın -ədalətin uğrunda zindana düşmüş yüzlərcə qardaşlarımızın qəlblərini fərəhlədəcək və qaranlıq zindanı işıqlandıracaq.

Düşünəndəki bizim qəlblərmizdən keçən, ürək sözlərimizi, yaşadığımız acı intizar dolu günlərimizi zindan həyatı yaşayan əzizlərimiz oxuyacaq çox sevindim və istədim ki, bu son günlərini yaşayan mübarək Ramazan ayında mənim də ürək sözlərim, fikir və düşüncələrim gözəl insana, əzizim, dəyərlim, varlığına hər an sonsuz, bitməyəcək şükr etdiyim qardaşıma, Abbasa yazım.

Canım qardaşım, necəsən demirəm, çünki necə olduğunu hiss edirəm. Həsənin acı faciəsini eşitdikdə necə sarsılmışdıqsa sənin xəbərin gələndə yıxıldım. Yaşadığım o günləri hər dəfə xatırlayanda…

Abbascan, heç bilirsən o an necə ağır və çətin günlər idi?

Baxmayaraq ki, ətrafımda çox insan var, amma sən o insanlar yanında qərib və tənhasan.

Canım Abbas, heç bilirsən bir bacı üçün nə qədər çətindir məhkəmə zalında, əzizinin işgəncə olunduğunu eşidəsən, amma əlindən heç bir şey gəlmiyə. Sən, sənə olunan bütün zülüm və işgəncələrdən danışdıqca mən sənə verilən işgəncələrin ağrısını bədənimdə, ruhumda hiss edirdim.

Artıq bir ildən çoxdur ki üzünü görmürəm, amma hər gecə səni fikirləşmədən gözümü yummuram, görən bu gün vəziyyəti necədir, görəsən səhhətində bir problem yoxdur ki, bgün nə yedi, iftarnı necə açdı, başını yumşaq yastığamı qoydu, yoxsa, daşın, betonun üstündəmi yatdı? Bütün bunları düşündükcə qəlbimə hüzün düşür, sizlər üçün etdiyim səssizcə dualarım iseə qaranlıq gecələrimin həmdəminə çevrilir.

Mənim mücahid qaraaşım, sən hər zaman mənim fəxrim, qururumsan heər kəs öz daşıdığı adın arxasında gizlənər, səndə öz adının kölgəsindəsən hər zaman.

Səni fikirləşdikcə düşünürəm ki, axı sən onu Allaha əmanət etmisən. Elə bir varlığa əmanət etmisən ki, heç vaxt xəyanət etməz, o əmanətdarların ən üstünüdür.

Bilirsən Abbascan, mənə mücahid bacısı deyirlər, bu ad mənə necə şirin və xoş gəlir.

Sənə təşəkkür edirəm mənə bu gözəl adı qazandırdığına görə.

Səni yenidən bizə verən, sən haqq yolunda olduğuna görə doğmalarmızı bizə yadlaşdıran, yadları bizə doğmalaşdıran Rəbbimə sonsuz şükürlər olsun!

Sizələrə "radikal terrorist" deyənlərin özləri əsl terrorçu olduqlarını unutmasınlar. Sən necə terroristsən ki, hər zaman məzlumun yanında zalımın önünüdə olmusan. Sən ata-ana sığalından məhrum olmuş körpələrin yanında olmusan.

Abbascan sən övladı tərəfindən küçələrə atılmış, ömrünü öz övladlarına sərf etmiş, amma sonda öz evladlarına ehtiyacı olduğu halda küçələrə atılmış ata və anaların qayğısında durmusan. Elə səni bizləri həyata bağlayan bu gözəlliklərdir.

Sən heç bilirsən mənə terrorist bacısı deyəndə nə düşündüm? Bir zaman Küfə xalqı öz İmanına, Kərbəla Sultanına "xarici" deyib, ona arxa çevirdilər, mübarək başını nizələrdə gəzdirib əhli əyalın əsir etdilər.

Bu qədər müsibəti görən Ağamsa belə dedi: İlahi, bu müsibətlər mənə ona görə asandır ki, sən bu müsibətləri görürsən və şahidsən. Bax mənim təsəllim də bu kəlmələr oldu. Kərbəlanı görmədən Kərbəlanı yaşamaq necə hisdir bilirsən. Bilirəm ki, sənə verilən işgəncələr zamanı Əhli beytin müsibətini xatırlayıb bu günə qədər ayaq üstdə durmmağı bacarmısan və Allahın izini ilə duracaqsan da. Sizlərə "onlar Hüseyinçi deyil" deyənlərsə unutmasınlar ki, özləri bir az çətinliklə üzləşəndə necə necə səbirsizlik edirlər.

Ona gələn imtahandan bezib haldan düşərlər amma bu qədər işgəncələr görmüş insanları ayaq üstdə saxlayan onların Sahibinə, Ağalarına olan eşqidir ki, heç bir zaman bitib tükənməz, şikayət etməz.

Kərbəla məktəbi elə bir məktəbdir ki, ora yalnız səmimi eşqlə daxil olanlar o məktəbdən məzun ola bilərlər. Hər kəs Hüseyn (ə,s) məktəbini öz fikri düşüncəsi ilə   qəbul edir. Mənim düşüncəmdə isə iki cür Hüseynçi var, bir qismi öz Sultanına çatmaq üçün yağışda, qarda, günəşdə, daşlı-kəsəkli, tikanlı yolda ayaqyalın gəzərək acı və ağrını hiss etmədən bütün çətinliklərə arxa çevirib, əlində olan dəyərli varlığını belə qurban edib öz Şahına, Sultanına çatmağa çalışarlar.

Kimisi isə o yola çıxanda ayağına tikan batmadan, daş parçalamadan, ayaqyalın gəzmədən, öz hədəfinə çatmaq istəyər, sonucda ikisidə eyni eşqlə, amma fərqli ayrı-ayrı vəziyyətdə öz Şahına tərəf gedərlər. Kimilərin hansı məqamda olacağını isə Xanım Zeyneəb (s,ə) özü qiymətləndirəcək.

Sizlər birinci yola getməyi seçdiniz bu gözəl yolda düçəcəyiniz çətinlikdə başınıza gələcək uca və ali imtahanda Rəbbim yanınızdadır, buna əminəm.

Sizlərə terrorist deyib, adınızı ləkələmək istəyənlər unutmasınlar ki, hər dövrün Yezidi və Hüseynçiləri var.

Tarix hər zaman vərəqlənir və qeyrətli –qəhraman qorxmaz insanlar tarixin səyfələrinə qızıl hərflərlə həkk olunur. Vicdanı olmayan, insanlıqdan nəsibini almıyan şərəfsizlərə hər zaman tarixin zibilliklərinə gömülür.

Sizlər Haqqın-ədalətin səsini boğub zindanlara məhkum etsəniz belə, haqqın səsi zindanın soyuq divarlarından sizə meydan oxuyacaq. Mübariz insanları 20 il belə sındıra bilməz. Allah öz Yusiflərini zindanda görmək istəyir, çünki qaranlıq zindan böyük şəxsiyyətlər məktəbidir.

Düşünməyin ki, etdiyiniz cinayətlər, verdiyiniz işgəncələr cavabsız qalacaq. Zalımlar bir gün ədalətli hakim önündə cavab vercəklər. O gün məzlum tərəfində bizlər, zalım tərəfində isə sizlər olacaqsınız. O gün sizlərin eşidib duya bilməyəcəyiniz qədər yaxınınızdadır. Amma siz bədbəxtlər bunu anlaya bilməzsiz.

Bunuda unutmayın ki, heç bir yarpaq Allahın izni olmadan düşə bilməz. Allah zalımlara fürsət verməz, sadəcə möhlət verər ki bəlkə hidayət olasız. Sonda isə canımla, dəyərli varlığımla bir gün görüşmək diləyi ilə səni aləmlərin Rəbbinə əmanət edirəm deyib yazımı bu sözlərlə bitirirəm:

Dünya səni almaqla əlimdən məni yıxdı,

Çatsaydı gücüm mən də bu dünyanı yıxardım.

Dünyadakı zalımları dustaq eliyərdim

Zindandakı Yusifləri azad eliyərdim

Zalım, zənn etmə ki bizim zillətimiz var,

Haqq aşiqiyik Hüseynə beyətimiz var.

Əsirlərdi ki yollarda qalıbdır gözümüz,

O Mübarək Gəliş üçün həsrətimiz var.

Haqq uğrunda zindana düşən Yusiflərimiz var."

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net