Gözəl Bayramlıya məktub var: "Siz mənim həyatımı xilas etdiniz..."-ZİNDANNAMƏ
Featured

20 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az-ın "Zindana məktub" layihəsinə göndərilən məktubların çoxluğunu nəzərə alıb layihənin müddətini iyulun sonuna qədər uzatdıq.

Növbəti məktubun müəllifi gənc olmasına baxmayaraq müxalif fikirləri və mübarizəsi ilə tanınan Fatimə Mövlamıdır. O, AXC sədrinin müavini, siyasi fəaliyyətinə görə şərlənərək həbs edilən Gözəl Bayramlıya məktub yazıb.

 

Siz mənim həyatımı xilas etdiniz...

"Salam, Gözəl xanım. Adım Fatimədir- Fatimə Mövlamlı. Hələ 17 yaşım var və necə deyərlər, siyasətə qoşulmuşam.

Ümid edirəm, azadlığa çıxdıqdan sonra bu sözlərimi dinləyə biləcəksiniz. Çalışacam hisslərimi kifayət qədər yaxşı ifadə edim.

Gözəl xanım, siz mübariz qadınların simvolusunuz. Mənim qəlbimdə çox önəmli bir yerə sahibsiniz. Siz mənim həyatımı xilas edibsiniz. Həmin vaxt gəncliyimdən irəli gələn etdiyim xətalar məni dərin bir uçuruma salmaq üzrə idi ki, sizi tanıdım. 8 aprel, 2017ci il. İlk dəfə sizi bu tarixdə, Məhsul stadionundakı mitinqdə görüb, tanımışdım.

İnsanlar ürəkdən "Azadlıq!" deyə qışqıranda gözlərinizdəki parıltını, sevinci indi də xatırlayıram. Həmin gün sizin haqqınızda istər cəbhəçi dostlardan, istərsə də internet resursları vasitəsilə məni maraqlandıran suallara cavab axtardım.

Sizin tutduğunuz işıqlı yolda irəllədiyimə görə qürur hissi keçirdim. Hansı ki, indi vəzifə və pul hərisliyinə görə ölkəni çapıb talayanlar heç vaxt bu hissin necə bir şey olduğunu anlamaq şərəfinə nail ola bilməyəcəklər. "Kişi kimi mübarizə aparın" deyənlərə kişilik dərsi keçəndə sübut etmişdiniz, Gözəl Bayramlının kim olduğunu. Sizin kimiləri sevmir bu hakimiyyət. Hər gün gördüyümüz, salam verdiyimiz, hörmət etdiyimiz və sevdiyimiz adamları bir-bir oğurlayırlar. Bu mənə çox ağır gəlir və beynimdə bir sual doğurur ki, bu illər ərzində bütün bu təyziqlərə, hədə-qorxulara və dostlarınızın göz görə-görə represiya maşınına qurban getmələrinə necə dözmüsünüz?! Ürəyim doludur e...


Hәr gün Allahıma dua edirәm... dua edirәm ki, tezliklә haqq etdiyiniz azadlığa qovuşasınız vә mәn indi burada yaza bilmәdiyim ürәk sözlәrimi şәxsәn sizin özünüzә deyә bilim. Özü dә bu sözlәri sizi bağrıma basıb o tәmiz, o gözәl gözlәrinizdәn öpәrkәn deyim!.."

YADDAŞ

Qeyd edək ki, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb çantasından 12 min ABŞ dolları məbləğində "pul

aşkarlanıb".

Əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla G.Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Qazax Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda 23 yanvar 2018-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramlını 3 il müddətinə azadlıqdan məhrum ediblər.

O, ittihamlarla razılaşmayıb və bu siyasi fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net