Tale Bağırzadə-34: Mövludun mübarək olsun!-VİDEO
Featured

23 İyun 2018

23 iyun Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin mübarək mövludu günüdür.

Bu il o, 34-cü təvəllüd gününü artıq 8-ci dəfədir ki, həbsxana divarları arxasında qarşılamalı olur.

Vetenugrunda.az portalı olaraq əziz Hacımızı mübarək mövludunu təbrik edir və bu münasibətlə hazırladığımız təbrik rolikini dəyərli izləyicilərimizə təqdim edirik.

Qeyd edək ki, T.Bağırzadə 2015-ci il noyabrın 26-da həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla şərlənərək 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Əslində qanunvericilikdə məhbusların yaddaş kartı gəzdirmələri və saxlamaları qadağan edilməyib. Yaddaş kartı ilə bağlı ölkədə ilk məhkəmə də məhz Tale Bağırzadəyə quruldu.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Tale Bağırzadəni beynəlxalq təşkilatlar və hüquq cəmiyyətləri siyasi məhbus kimi tanıyır. Onun şərlənərək həbs edilməsinə səbəb isə ölkədəki korrupsiya və məmur özbaşınalığını, vətənə xəyanəti pisləməsi, eyni zamanda telekanalların məhv etməyə çalışdığı milli kimliyimiz, mənəvi dəyərlərimiz haqqında etdiyi dərin məntiqə və tarixi faktlara söykənən möhtəşəm çıxışları oldu. 

Top
JoomlaLock.com All4Share.net