Sabirabadda pambıqçılar kütlәvi şəkildə zəhərlənib
Featured

23 İyun 2018

Azәrbaycanda pambıqçılar arasında növbәti kütlәvi zәhәrlәnmә baş verib. Bu dәfә Sabirabad rayonu Muğangəncəli kəndində pambıq sahәsindә çalışanlar zәhәrlәnib.

Zәhәrlәnәnlәr rayonun sahәdә işlәmәyә gәlәn başqa – Moranlı kəndinin sakinləridir. Mәlumatlara görә, 17 nəfər ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 4 nəfər Şirvan şəhərinə aparılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalist Natiq Ədilov sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, bu il bir neçə rayonda- Yevlaxda, Bərdədə, iki dəfə Sabirabadda və Saatlıda pambıq tarlasında günəmuzd çalışan fəhlələrin kütləvi zəhərlənməsi baş verib. 

Top
JoomlaLock.com All4Share.net