Tale Bağırzadəyə məktub: "Siz vəhdət məhbususunuz..."-ZİNDANNAMƏ
Featured

23 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək. Bildiyiniz kimi bu gün Müsəlman Birliyi Hərəkatının şərlənərək həbs edilən sədri, ilahiyyatçı alim Tale Bağırzadənin mövlududur. Bu münasibətlə bu gün Tale Bağırzadəyə ünvanlanan bütün məktubları əziz oxucularımıza çatdıracağıq.

Bu məktubu Ənvər Həbibov adlı oxucumuz göndərib. Buyurun izləyin:

"Siz vəhdət məhbususunuz..."

Zülm edənlərə rəğbət bəsləmək, (köməklik göstərmək) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik )olarsınız. (Hud surəsi. Ayə -113).

Allahın Salam və bərəkəti olsun, mücahid alimim, cismi zindana sığsa da, ruhu zindanlardan dəfələrlə böyük olan Hacı Tale Bağırzadəyə:

-Dəyərli alimim, gözəl qardaşım, bu gün Allahın sənə bəxş etdiyi şirin və bərəkətli ömrünün 34 ilini xərcləyirsən. Bu münasibətilə səni səmimi qəlbdən təbrik edirəm, İllahi ömrünü daha da bərəkətli etsin. Dəyərli alimim, sən mənə həyatda necə yaşamağın düsturunu əməli formada öyrətdin.
Çox şükür olsun Allahımıza ki, sənin kimi bir bərəkətli neməti Azərbaycan xalqına bəxş edib.

Hacı can böyük ustad olmuş Əllamə Təbatəbai buyurub; İslamın haqqın dirçəlməsi, batilin isə aradan getməsindən başqa bir hədəfi yoxdur.

Bəli bu zindanda olmanız və hədəfin mərkəzini tutmanız milli qeyrət yükünə görədir.

Hacıcan, siz İslam adı altında şəxsləri özünə Allah seçmişləri ifşa ediniz. (Quranda buyrulduğu kimi: "Siz bilə -bilə haqqa yalan (batil) donu geyindirib, onu gizlətməyin! Bəqərə surəsi. Ayə -42.)

Hacı, siz vəhdət məhbusunuz. Ustad Şəhid Mürtəza Mütəhhəri gözəl qeyd edib: Hər hansı bir cəmiyyətin normal olmasının əlamətlərindən biri də onun fərdlər arasında birlik və həmrəliyinin olmasıdır.

Hacıcan, sizdə olan ruhiyyə bizim ölmüş olan ruhumuzda oyanış etdi.

Bəşər üçün bir şəm olaraq əriyərək zülmətlərdən bir nur olan vilayət yolunun 3-cü ulduzu İmam Hüseyn (ə) buyurub: "Ey Allahın bəndələri! Allahdan qorxun və dünyaya uymaqdan uzaq olun."

Yenə Ağamız buyurub; Məxluqun razılığını Yaradanın qəzəbindən üstün tutan qövm nicat tapmaz.

Hacıcan, dünya addım - addım Zamanın Sahibinin (əc.f.ş) zühuruna doğru gedir özü də çox sürətlə.

Dünyada olan zalımların zamanına çox az ömür qaldı. Mövlamız Əli (ə) buyurub: "Zalımın ömrü azalanda zülmü çoxalar. Həqiqətən dünyada zülm ayaq açıb gəzir."

Dəyərli alimim və gözəl qardaşım Hacı Tale, bir daha bu bərəkətli mövludunuz mübarək olsun. Allah sənə və digər qardaşlarımıza tez zamanda cismani azadlıq nəsib etsin.

Haqq gəldi, batil məhv oldu. Həqiqətən batil həmişə məhvə məhkumdur (İsra surəsi. Ayə -81).

Ənvər Həbibov Müntəzir

2018-23 iyun"

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

T.Bağırzadə 2015-ci il noyabrın 26-da həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Əslində qanunvericilikdə məhbusların yaddaş kartı gəzdirmələri və saxlamaları qadağan edilməyib. Yaddaş kartı ilə bağlı ölkədə ilk məhkəmə də məhz Tale Bağırzadəyə quruldu.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Qeyd edək ki, Tale Bağırzadəni beynəlxalq təşkilatlar və hüquq cəmiyyətləri siyasi məhbus kimi tanıyır. Onun şərlənərək həbs edilməsinə səbəb isə ölkədəki korrupsiya və məmur özbaşınalığını, vətənə xəyanəti pisləməsi oldu.

Top
JoomlaLock.com All4Share.net