"Meydanlar da, minbərlər də sizlər üçün darıxır"-ZİNDANNAMƏ
Featured

23 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək. Bildiyiniz kimi bu gün Müsəlman Birliyi Hərəkatının şərlənərək həbs edilən sədri, ilahiyyatçı alim Tale Bağırzadənin mövlududur. Bu münasibətlə bu gün Tale Bağırzadəyə ünvanlanan bütün məktubları əziz oxucularımıza çatdıracağıq.

Bu məktubu oxucumuz Aygün Məmmədova göndərib. Buyurun izləyin:

“Meydanlar da, minbərlər də sizlər üçün darıxır”

Fəxrim Hacı Tale Bagirzadəyə…

Salam olsun işgəncələr altında sınmayan böyük şəxsiyyətə!

Hacıcan, sən mənim idealımsan, əsl Hüseyn (ə) aşiqisən, eşq əhlisən.

Səni cəmi 4 dəfə görmək nəsib olub mənə. Allaha bunu üçün çox şükür edirəm. Çünki sənin kimi insanlar çox az yetişir.

Tarix yazdın Hacıcan, yazmaga da davam edirsən.

Sən başda olmaqla bütün Haqq məhbusları mənə çox əziz və doğmadır.

Qəlbimdəki yara siz izzətlə cismani azadlığa çıxdığınız zaman, xalqımız rifaha qovuşduğu gün sağalacaq.

Hacıcan, zindanin divarlari necə də xoşbəxtdir, sizlər ona qonaqsınız. Salam olsun xalqı üçün hər şeyindən keçən, Allah üçün Haqq sözü izhar edən mücahid insanlara!

Meydanlar da, minbərlər də darıxır sizlər üçün. Allah siz nemətləri bizə çox görməsin İnşAllah.

Allah sizi qorusun, Allaha əmanət etdiklərim!

Məmmədova Aygün

2018-23 iyun.”

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

T.Bağırzadə 2015-ci il noyabrın 26-da həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçulu, qanunsuz silah saxlama və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Hökmə görə, cəzasının ilk 7 ilini həbsxana rejimində çəkməlidir. İlahiyyatçı Qobustan həbsxanasına köçürüləndən sonra onun haqqında CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə yeni cinayət işi başlanıb.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Əslində qanunvericilikdə məhbusların yaddaş kartı gəzdirmələri və saxlamaları qadağan edilməyib. Yaddaş kartı ilə bağlı ölkədə ilk məhkəmə də məhz Tale Bağırzadəyə quruldu.

T.Bağırov ittihamları rədd edir və hər iki cinayət işinin saxta olduğunu bildirir.

Qeyd edək ki, Tale Bağırzadəni beynəlxalq təşkilatlar və hüquq cəmiyyətləri siyasi məhbus kimi tanıyır. Onun şərlənərək həbs edilməsinə səbəb isə ölkədəki korrupsiya və məmur özbaşınalığını, vətənə xəyanəti pisləməsi oldu.

Top
JoomlaLock.com All4Share.net