23 yaşlı Şəhid-Sahil Şirinov
Featured

24 İyun 2018

Müharibə Azərbaycanın ən yaxşı övladlarını Şəhadət zirvəsinə ucaltdı. Onlardan biri də 23 yaşında Şəhid olan Sahil Həsrət oğlu Şirinovdur.

Vetenugrunda.az qəbələli Şəhidi mövludu günü oxucularına xatırladır.

Sahil Şirinov 1992-ci ilin 24 iyun günündə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.

Leytenant Sahil Şirinov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Sahil Şirinov doğulduğu Qəbələ rayonunun Bum qəsəbəsində son mənzilə yola salındı. 

Sahil Şirinov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Top
JoomlaLock.com All4Share.net