Zindandan zindana məktub: "Sən insanlıq ayəsini gözəlləşdirdin"-ZİNDANNAMƏ
Featured

25 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək. Bildiyiniz kimi 23 iyun Müsəlman Birliyi Hərəkatının şərlənərək həbs edilən sədri, ilahiyyatçı alim Tale Bağırzadənin mövlududur. Bu münasibətlə layihəmizə hər gün məktublar göndərilir. Hazırda həbsdə olan ilahiyyatçı Ramil Əliyev Tale Bağırzadəyə təbrik məktubu göndərib. 

Buyurun izləyin:


"Sən insanlıq ayəsini gözəlləşdirdin

Salam olsun zindanın əyilməz oğlu Tale Bağırzadəyə.

Doğum günün mübarək olsun.Hər bir insanın doğum günü Allahın yeni bir ayəsinin təcallasıdır.Sən əsr surəsinə kamil şəkildə əməl etdin.

1)"And olsun axşam çağına (ikindi vaxtına,əsr namazına,zamana və ya
Peyğəmbərin əsirinə) ki,

2.İnsan (ömrünə bihudə işlərə sərf etməklə,dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?

3.Yalnız iman gətirib yaxşı əməllər edən,bir birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!
(belələri cənnətə nail olub əbədi səadətə qovuşanlardır !)

(Əsr surəsi)

Sən insanlıq ayəsini gözəlləşdirdiyinə görə də səni təbrik edirəm Hacı.

(Siyasi məhbus İlahiyyatçı Hacı Ramil Əliyev)

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər Şəhid edilib. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilsə də ümumilikdə bu olayla bağlı rayonlardakı həbslər hesablansa 200-dən yuxarı insan şərlənərək zindanlara salınıb. 

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ramil Əliyev Nardaran işi 2 qrupuna salınıb. Ona Bakı Ağır Cinayətlər Məhkəməsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ramil Əliyev ittihamları rədd edir və cinayət işinin saxta olduğunu bildirir.

Qeyd edək ki, Ramil Əliyevi beynəlxalq təşkilatlar və hüquq cəmiyyətləri siyasi məhbus kimi tanıyır. Onun şərlənərək həbs edilməsinə səbəb isə islam dinini təbliğ etmək və haqsızlığa, ədalətsizliyə etirazın da imandan gəldiyini deməsi olub. 

Top
JoomlaLock.com All4Share.net