Şəhid Rauf Əliyevin mövlududur
Featured

25 İyun 2018

1973-cü il iyunun 25-də Badamdarda anadan olan Rauf Əliyev qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.

Daxili Qoşunların sıralarında xidmət edən Rauf Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid odub.

Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən "Azərbaycan Respublikasının Fəxri Fərmanı" ilə (ölümündən sonra) təltif edilib.

Top
JoomlaLock.com All4Share.net