Zindandan bayram təbriki
Featured

26 İyun 2018

Nardaran məhbusu Abbas Hüseyn Azərbaycan xalqını Orudumuzun yaranmasının 100 iliyyi münasibətilə təbrik edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bayram münasibətilə bütün hərbiçilərimizi, başda Şəhid ailələri olmaqla hər birini təbrik edib: "Nə qədər ki, cəsur, mərd hərbiçilərimiz var heç zaman düşmən istəyinə nail ola bilməyəcək."

Abbas Hüseynin anası Rəhimə Hüseynova deyir ki, Abbas Hüseyn 10 il öncə Ordunun 90 illiyində hərbi paradda iştirak etdiyi üçün fəxri fərman, medal və diplomla təltif olunub.

YADDAŞ

Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Müsəlman Bilriyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və Nardaran hadisələrinə görə həbs olunmuş daha 16 nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynov 20 il azadlıqdan məhrum edilib.

Amma Abbas ittihamları qəbul etmir. Əməliyyatda ikisi polis olmaqla, öldürülən altı nəfərin hamısının əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini, özlərinin isə evdə namaz qılarkən hücuma məzru qaldıqlarını, onların heç birində silah olmadığı və ittihamların qurama olduğunu bildirir.

Qeyd edək ki, Abbas Hüseyn həbsxanada baş verən qanunsuzluqlara etiraz etdiyinə görə saxlandığı Qobustan qapalı həbsxanasında çarmıxa çəkilib. Qobustan həbsxanasının rəhbərliyi onu yayın qızmar günəşi altında qollarını və ayaqlarını dəmirə bağlayaraq işgəncə verib. O, bu barədə vəkili Yalçın İmanova məlumat verib. Yalçın İmanov bu dəhşətli işgəncə faktını mətbuata çıxarıb ictimailəşdirdiyi üçün onu Vəkillər Kollegiyasından uzaqlaşdırmaqla vəkillik fəaliyyətinə son qoydular.

Top
JoomlaLock.com All4Share.net