Elçin Qasımlıya məktub var: "Zülmətdə parlayan Nurlar…"-ZİNDANNAMƏ
Featured

26 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Növbəti məktubu oxucumuz Saməddin Mansurovgöndərib. O, ürək sözlərini, şərlənərək həbs edilən ilahiyyatçı alim Elçin Qasımlıya ünvanlayıb.

Məktubu təqdim edirik:

"Zülmətdə parlayan Nurlar…

Salam aleykum Kərbəlayi Elçin qardaşım, necəsən? Bilirəm yaxşı olduğunu. Ən azından məndən yaxşısan, əmin ol bundan qardaş.

Mənim həm ölkəmdəki, həm ölkəmdən kənardaki zalımlara nifrətim, haqq carçılarına və fədailərə sevgim əzəldən var.

Onların bəzilərini uşaqlıq və məktəb, bəzilərini isə universitet illərində tanımağa başladım. Bu yolla və Müqavimət Hərəkatı ilə, eyni zamanda bəzi şəxsiyyətlərlə tanışlığım universitet illərində baş tutdu.

Bu şəxslərdən biri də Elçin Qasımovdur. Hərəkatda ilk tanıdığım qardaşlardan idi Kərbəlayi Elçin. Hələ MBH yaranmamışdan əvvəl onunla ünsiyyətim olmuşdur.

Bu yol barədə və ümumiyyətlə bilmədiyim, beynimdə sual yaradan bəzi şeyləri ondan aldığım məlumatlar və sözün həqiqi mənasında iman dərsi ilə geridə qoydum. Biz hər dəfə görüşəndə başqa bir işi yoxmuş kimi mənə vaxt ayırırdı. Amma başqa işləri olduğunu bilirdim, hiss etdirməsə də. Sonralar bizə ərəb dilini və Qurani Kərimi öyrətməyə başladı. Bu 2 ay, ya da 2 ay yarım oldu. Həzrət Yusif onu da digər qardaşlar kimi öz Gülüstanına dəvət etdi.

Bu layihənin başlanmasını öyrənən kimi sənin haqqında yazmaq istəyirdim.

Görürəm ki, həm gecikmişəm, həm bütün urək sözlərimi yaza bilməmişəm. Üzrlü say əziz qardaşım.

Bilirəm, bütün bu olanlar gözəllikdən başqa bir şey deyil. Amma sizi orada görmək çox çətindir.

Hər kəsə bu bəndənin salamını çatdır. Həmişə dualarımdasız.

Allah yar və yardımçınız olsun qardaşım.

Peyğəmbər və Əhli-Beytinə xatir bizləri tezliklə qovuşdursun.

Allah sizdən razı olsun. Necə ki, Onu razı salmaq yolunda malınızdan, azadlığınızdan, canınızdan keçməyi gözə aldınız.

Allah amanında əziz qardaşlarım.

Siz bu qaranlıq zülmətdə yolumuzu işıqlandıran nurlar oldunuz.

Siz "Zülmətdə Parlayan Nurlar" oldunuz.

 

Bu yerin öz adı vardır, "Mədrəseyi-Yusifiyyə".

Bu məktəbdə təhsil alər zalimə dur deyən Şiə.

 

İmam Hüseyn bəyan etdi, "Cihadi-Əkbər" nədədir.

Zalimə qarşı çıxaraq, "Sən haqsızsan" deməkdədir.

 

Burada təhsil alanların ayaqlarında kündə var.

Onlardaki şərəf, izzət, ali məqam de kimdə var.

 

Həzrət Yusif mehmanıdır, bu zindanın sakinləri.

İbn Şüreyh qazilərdir məhkəmənin hakimləri.

 

Bizlər Hicaba xatir düşdük bu zindanlara.

Çünki Zəhra eşqi ilə çıxmışıq meydanlara.

 

Bu məktəbdə hara baxsan, soyuq divarlar görünür.

Lakin ürəklər istidir, Zəhra eşqi ilə döyünür.

 

Onlar bizim qolumuza qandal vura bilərlər.

Sanma eşqi-hürriyyəti ruhumuzdan silərlər.

 

Hicab qeyrətimizdir, mudafiə edərik.

Bu yolda büdrəmərik, candan, başdan keçərik.

 

"Qürbətən İlləllah" deyib, biz bu yolda qandan keçdik.

Zindanlara mehkum olduq, meydanlarda candan keçdik.

 

Min dörd yüz ildir bağlanan beyəti sındırmamışıq.

Zalımlarla bahəm olub, səflərində durmamışıq.

 

Eşqi-Zəhra şiənin qanında, hım ruhundadir.

"Salam Olsun O Ölümə Ki, ALLAH Yolundadır".

 

 Saməddin Mansur

2018-ci il 24 iyun."

YADDAŞ

2015-ci ilin 26 noyabrında Nardaran qəsəbəsinə hücum edildi. İftar süfrəsinə yığışmış dindarlar evin içində gülləbaran edildi. Hadisə zamanı 2 polis əməkdaşı və 4 mülki şəxs Şəhid edildi.

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımlı isə 2015-ci il noyabrın 5-də inzibati qaydada həbs edilib. Nardaranda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadəyə və onun tərəfdarlarından ibarət qrupa qarşı xüsusi əməliyyatdan sonra onu hakimiyyəti ələ keçirməyə cəhddə, terrorizm, kütləvi iğtişaşların hazırlanması, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlərdə ittiham ediblər.

Ona Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadə verməsi üçün üçün dəhşətli işgəncələr verildiyini vəkilləri və özü məhkəmə prosesində etiraf etdi.

Qeyd edək ki, Nardaran hadisələri zamanı şərlənərək həbs edilənlərin işi üzrə 3 qrup ("Nardaran işi-1", "Nardaran işi-2", "Nardaran işi-3") yaradıldı. Bu qrupdakı dindarları ağır cinayətlərdə ittiham edərək uzun müddətli həbs cəzası verdilər.

28 dekabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Elçin Qasımlı 15 il müddətinə azadlıqdan məhrum edildi.

Yerli hüquq-müdafiəçiləri Nardaran hadisələri ilə bağlı həbs edilənləri siyasi məhbuslar kimi tanıyıblar.

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net