Bu gün Şəhid Ənvər Fərəcovun doğum günüdür
Featured

28 İyun 2018

Lap qədimdən belə olub. Ölkənin başını qara buludlar alanda qeyrətli, igid oğulları sinəsini sipər edib, xalqını qada-baladan qorumağa çalşıb.

Vetenugurnda.az bu gün o igidlərdən biri haqqında məlumat verəcək.

Şəhid, Milli Qəhrəman Ənvər Fərəcov.

Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulub. Sarov kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir.

18 avqust 1991-ci il. Ənvər Fərəcov döyüş yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz xilas edə bilir.

Bu əməliyyatdakı igidiliyinə görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.

11 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Goranboy rayonunun Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücuma keçir. Lakin bu  Ənvər Fərəcovun son döyüşü olur. O, bu döyüşdə Şəhadət zirvəsinə ucalır. 

Fərəcov Ənvər Səyyad oğu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülür. Goranboy rayonunda dəfn edilən Şəhidin bu rayonda büstü qoyulub. 

Haqqında Zamin Məmmədov "Vətənə dönənim" adlı film çəkib. Film 2016-cı ildə Nizami Kino Mərkəzində nümayiş olunub.

Top
JoomlaLock.com All4Share.net