Ağaəli Yəhyayeva məktub var: "Atacan, səni qara adamlar oğurlayıb…"-ZİNDANNAMƏ
Featured

28 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Bu gün şərlənərək həbs edilən Nardaran məhbusu Ağaəli Yəhyayevin oğlu Əbdülqaimin 8 yaşı tamam olur.

Əbdülqaimin adından bu gün atasına yazılan və "Zindana məktub" layihəsinə göndərilən məktubları diqqətli oxucularımıza təqdim edəcəyik.

İlk məktubun müəllifi Tural Divanədir. O, məhbus ailələrinə qarşı daim diqqətlidir və məhbus uşaqlarının demək olar ki yaxın dostudur. Yəqin ona görədir ki, atasından ayrı düşən 8 yaşlı Əbdülqaimin yaşadıqlarını belə səmimi dilə gətirə bilib.

"Atacan, səni qara adamlar oğurlayıb…

-Atacan bu gün mənim 8 yaşım tamam olur. Hər kəs kimi mən də atamla birlikdə ad günümü keçirmək istəyirdim.

8 yaşım olsada cəmi 5 yaşıma keçəndə, ad günümdə sən yanımda olmusan. Qalan 7 ilini isə sənsiz keçirmişəm.

Anam mənə deyir ki, sən dünyaya gələn zaman atan şərlənərək həbs edilmişdi.

Mən böyüdükcə anladım ki, səni düz danışdığına və qorxaq olmadığına görə şərləyərək həbs ediblər. Atacan, mənim uşaqlığımın ən gözəl çağları səndən uzadqa keçir. İstəyirəm ki, səninlə birlikdə dənizə gedək, qışda məni məktəbə aparanda əlimdən bərk-bərk tutasan ki yıxılmayım.

Hər dəfə sənin yanına gedəndə evə dönmək istəmirəm. Evimizə dönmək bizi bir birimizdın ayırır.

Niyə axı bizə bir yerdə böyüməyi, bu gözəl günləri çox gördülər? Atacan, görəsən səni məndən ayıranlar tez-tez bu işlərinə görə utanırlar? Səni bizdən ayıranlar Allaha nə cavab verəcəklər? 
Mən səni çox istəyirəm ata. Zindanda olsanda ad günümün ilk hədiyyəsini sən verdin mənə. Atacan, sən zindanda olduğun üçün narahat olma. Mən anamı da, bacımı da qoruyaram. Onların qayğısını çəkirəm. Sən Allahı çox sevdiyin üçün qara adamlar, iblislər səni həbs edib.

Biz səni çox istəyirik Ata. Mənim sevincli günüm o gün olacaq ki, sən zindandan azad olub bizimlə birlikdə olacaqsan.

Oğlun Əbdülqaim

208-28iyul."

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. 

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

Ağaəli Yəhyayev ilk dəfə 2010-cu ilin fevralında həbs edilib. İlk övladı Əbdülqaim həmin ilin iyulun 28-də dünyaya gəlib.

2014-cü ildə azadlığa çıxan Ağaəli Yəhyayev 2015-ci ilin 26 noyabrında baş verən Nardaran olayları zamanı yenidən şərlənərək həbs edilib. Nardaran işi 2 qrupunda olan A.Yəhyayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və 2017-ci ilin dekabr ayında verilən hökmə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ağaəli Yəhyayev siyasi məhbusdur və ona qarşı irəli sürülən ittihamların qondarma və böhtan olduğunu bildirir.

Top
JoomlaLock.com All4Share.net