Ağaəli Yəhyayevə məktub var: "Ölkə şəkili çəkirəm, adını da Ədalət qoyuram..."-ZİNDANNAMƏ
Featured

28 İyun 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Bu gün şərlənərək həbs edilən Nardaran məhbusu Ağaəli Yəhyayevin oğlu Əbdülqaimin 8 yaşı tamam olur.

Əbdülqaimin adından bu gün atasına yazılan və “Zindana məktub” layihəsinə göndərilən məktubları diqqətli oxucularımıza təqdim edəcəyik.

İkinci məktubun müəllifi Ənvər Həbibovdur. Ənvər bəy, Əbdülqaimi çox istəyən dostlarındadndır. Balaca dostunun qəlbindəkilərdən yaxşı xəbəri var. Bunu Əbdülqaimin adından atasına yazdığı məktubu oxuyanda da hiss edəcəksiz. Ənvər bəy Əbdülqaimin atasına demək istədiklərini o, deməsə belə narahat baxışlarından anlayan insanlardandır.

Ölkə şəkili çəkirəm adını da Ədalət qoyuram...

"Salam Atacan

Bu gün mənim ad günüdür. Dostlar, qohumlar təbrik etdilər, hədiyyələr verdilər çoxluca. Çoxlu təbriklər dedilər mənimçün. Amma bu mənim könlümcə olmadı Ata.

Bilirsən axı, səninçün çox darıxıram. Sənin çox istəyirəm, sənə çox bağlıyam. Sənin nəvazişinə ehtiyacım var. Sənin gülüşün, danışığın, yerişin mənimçün bir məktəbdir.

Bax Ata hər kəs həyatda bir qəhraman seçir özü üçün, mən də səni seçdim.

Mən də sənin kimi fədakar olacam. Vətənimizə, dinimizə, xalqımıza qarşı sənin kimi fədakar olacam.

Sən mənə deyirdin axı Allah, Peyğəmbər, imamlar birdə vicdanlı insanlar fədakar insanları sevir, mən də o sevgini qazanmaq istəyirəm.

Ata səninçün lap çox darıxanda ölkə rəsmi çəkirəm. Ölkə şəkli çəkib adını da ədalət qoyuram. Həmən ölkədə çoxlu zavodlar, çəkirəm, qoy işsiz əmilər qalmasın. Həmin ölkədə məscidləri çox tikirəm ki, bir daha sökülməsin və məhkəmə binası ucaldıram, qapısına bu cümləni yazıram: Allah ən böyük hakim və şahiddir.

Atacan, sən mənə deyirsən ki, haqq hər zaman qələbə qazanıb. Məndə sənin yalançı olmadığını bildiyim üçün sənin tez zamanda   mənə dönəcəyinə çox inanıram.

Sağ ol Ata

Sevimli oğlun Əbdülqaim

2018-ci il 28 iyun."

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

Ağaəli Yəhyayev ilk dəfə 2010-cu ilin fevralında həbs edilib. İlk övladı Əbdülqaim həmin ilin iyulun 28-də dünyaya gəlib.

2014-cü ildə azadlığa çıxan Ağaəli Yəhyayev 2015-ci ilin 26 noyabrında baş verən Nardaran olayları zamanı yenidən şərlənərək həbs edilib. Nardaran işi 2 qrupunda olan A.Yəhyayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və 2017-ci ilin dekabr ayında verilən hökmə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ağaəli Yəhyayev siyasi məhbusdur və ona qarşı irəli sürülən ittihamların qondarma və böhtan olduğunu bildirir.

Top
JoomlaLock.com All4Share.net