Şəhid anasını təhqir edən "Aqrolizinq" sədrini döydülər
Featured

30 İyun 2018

"Aqrolizinq" ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev şəhid anasını küçə söyüşləri ilə təhqir etdiyi üçün, sakinlər tərəfindən döyülüb.

Bu barədə "Cümhuriyyət" qəzetinin müxbiri Elgün Gəncimsoy özünü feysbuk səhifəsində yazaraq məlumat verib: "Aqrolizinq ASC - nin Yevlax regional filialının direktoru Sədaqət Ağayev, Yevlax rayon Səmədabad kənd sakini şəhid anası Sənəm Əliyevanı küçə söyüşlərilə təghqir etməsinə sakinlər biganə qalmayıb. Söydüyü söyüş, direktora baha başa gəlib.

Sədaqət Ağayev bir neçə gündür ki, rayonun Səmədabad kəndində biçin aparan kopmbaynın mexanizatorına işini yarımçıq saxlayaraq, Tanrıqullar kəndində olan dostunun sahəsini biçməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinlər kombaynın qarşısını kəsərək, kənddə çıxmasına əngəl olublar.

Sakinlərin bu etirazı Sədaqət Ağayevin xətrinə dəyib. O, bildirib ki, həmin kombaynı 10 gün boş saxlamaq olsa da, Səmədabad kəndində biçin aparmayacaq.

Bu gün isə kənd sakinlərinin müraciəti zamanı yaşlı heç olmasa şəhid ailəsi Sənəm Əliyevanın yerinin biçilməsini xahiş edən sakinlərə sərt cavab verən Sədaqət Ağayev (- Şəhid ailələrinin ağ.... .......) deyə küçə söyüşləri söyüb. Bu söyüşdən hiddətlənən sakinlər, Aqrolizinqin direktorunu yaxşıca əzişdiriblər.

Xatırladaq ki, şəhid ailələrinə qarşı Aqrolizinq rəhbərləri tərəfindən olunan təhqirlər ilk belə hal deyil. Bir neçə gün öncədə, Ağdaş filialının direktoru kombayn istəyən şəhid ailəsinin (Taxılı mənim üçün əkməmisən ki, özün üçün əkmisən)probelmə etinasız yanaşıb".(təzəxəbər.az)

Top
JoomlaLock.com All4Share.net