Ramil Əliyevə məktub var: "Zindanlar hər zaman məsum ruhların məkanı olub-ZİNDANNAMƏ
Featured

01 İyul 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Növbəti məktubu Rza adlı oxucumuz göndərib. O, məktubu Nardaran məhbusu, ilahiyyatçı Ramil Əliyevə ünvanlayıb.

Məktubu təqdim edirik:

"Zindanlar hər zaman məsum ruhların məkanı olub

مِنَ الْمُؤْمِنینَ رِجالٌ صَدَقُوا ما عاهَدُوا اللَّهَ

Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.

Allahın salamı olsun onunla əhdinə sadiq qalan əbdə!

Əziz qardaşım! Bu məktubu yazmağı düşündüyüm andan necə başlayacağıma qərar verə bilmirdim. Axırki qərara gəldim iki rükət namaz qılıb, Allahın nurlu kəlamından bəhrələnərək sənə olan məktubun haqqını əda etməsini istəyim.

Qurani kərimi əlimə alıb bir səhifəsini açdım və bu ayə gəldi. İndi heyrətimi gizlədə bilmirəm! Qardaşım! Hacıcan! Bu nə əhddir? Nə sevgidir rəbbinlə sənin aranda?! Sənə qarşı xəcalətliyəm! Bu əhdi bilməyib və dua edəndə Allah qapını açsın demişəm! İndi anladım ki, Allah bizim qapımızı açmalıdır!

Sən və səninlə birgə bu gözəl məqsədə doğru yola çıxan qardaşlar əslində Allahın açdığı qapiya doğru yola düşmüşsüz! Bu ayə İmam Hüseyn (ə)-ın əshabına aid olan bir ayədir! Hacıcan, qardaşım, sən mövlamız İmam Hüseynin əshabındansan! Xoş sənin halına qardaşım! İxlaslı bəndə! Atan həzrəti Yəqub kimi gözləri sənin hicrindən tutulub! Üzüm xəcalətlidir! İki məsum qızına tərəf baxa bilmirəm! Xədicənlə, Rüqəyyən səni istəyəndə, nəvazişinə həsrətkən mən heçnə edə bilməmişəm! Allahdan bizə bəsirət istə qardaşım! Görmək böyük nemətdir. Ama həqiqətən görmək olsa.

Biz korların sənin xalisanə dualarına ehtiyacımız var qardaşım.

Qardaşım, dedilər səni ailənin, iki göz nurunun, yaşlı ana və atanın gözü önündə öz ibadətgahından, yəni evindən şərləyərək aparblar. Qəlbim ağrayır. Necə qıydılar iki məsum balanın yaşlı gözlərinə? Necə cəsarət etdilər o Allahın dərgahına uzanan əllərə qandal vursunlar?

Yox! Bu insanlıqdan uzaq bir işdir. Ananın naləsini Allahın məscidindən gələn azan səsinə qatmaq.

Yox! Bu insanlıqdan uzaqdır. Yoxsa, bunlar bilmirlər ki, məzlumun ahı ilə Allah arasında heç bir maneə yoxdur? Hara getdi şərəfimiz? Hara getdi vicdanımız? Necə qıyırlar Allahın verdiyi pak fitrətləri ləkələməyə? Necə ah alırlar?

Qardaşım Hacı Ramil, sən zülmətin işıq saçan nurusan! Səni söndürmək Allahın nurunu söndürmək istəmək deməkdir və bunu bacara bilməzlər. Çünki bu nur əsil nur mənbəyinə, Allaha bağlıdır. Bu nuru söndürmək fani insanların işi deyil.

Zindan isə tarix boyu məsum ruhların məkanı olub. Elə düşünürəm ki bizim vətənin zindanları müqəddəsdirlər. Bu zindana daxil olanlar Allahın övliyalarının mehrabına, ibadət məkanına daxil olurlar.

ادخلوها بسلام آمنین

Onlara deyərlər: Salamla və əmn amanlıqla daxil olun. (Hicr surəsi, ayə 46)

Qardaşım, Allah bu müqəddəs məkanı sənin üçün cənnət etsin, necəki İbrahim üçün odu cənnətə çevirdi.

Söz çoxdu deməyə fürsət məhdud!

Bu kəlmələr, bu sətrlər səni və sənə olan sevgimizi ifa etməyə qadir deyil!.

Lakin son sözüm budur:

وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

Bis istəyirdik ki, o yerdə zəif düşüb çətinlik görənlərə mərhəmət göstərək, onları öndə gedənlər və yer üzündə varislərdən qərar verək. (Qəsəs surəsi-ayə 5).

Bu ilahi vədənin gələcəyi günün arzusu ilə

Allaha əmanət ol qardaşım!

Rza İbrahimov

2018."

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək.

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

YADDAŞ

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər Şəhid edilib. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilsə də ümumilikdə bu olayla bağlı rayonlardakı həbslər hesablansa 200-dən yuxarı insan şərlənərək zindanlara salınıb.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ramil Əliyev Nardaran işi 2 qrupuna salınıb. Ona Bakı Ağır Cinayətlər Məhkəməsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ramil Əliyev ittihamları rədd edir və cinayət işinin saxta olduğunu bildirir.

Qeyd edək ki, Ramil Əliyevi beynəlxalq təşkilatlar və hüquq cəmiyyətləri siyasi məhbus kimi tanıyır. Onun şərlənərək həbs edilməsinə səbəb isə islam dinini təbliğ etmək və haqsızlığa, ədalətsizliyə etirazın da imandan gəldiyini deməsi olub.

Top
JoomlaLock.com All4Share.net