Diri Şəhidlərimizə... -ZİNDANNAMƏ
Featured

15 İyul 2018

Dəyərli oxucularımız, vetenugrunda.az xəbər portalının təşkil etdiyi "Zindana məktub" layihəsi avqust ayına qədər davam edəcək.

Növbəti məktubu oxucumuz Aybəniz Cəfərova göndərib. Buyurun izləyin:

"Diri Şəhidlərimizə...

Bismilləhir-rahmənir- rahim.

Allahın salamı və bərəkəti üzərinizə olsun!

Təkcə mənim deyil, zülmün qarşısında haqqı deməyin lazım olduğunu bilən, hər kəs üçün dəyərli, əziz olan diri Şəhidlərimizə...

Salam olsun bəndələri zülm və fəsaddan xilas edəcək, bir gün haqqı qalib, batili puç etmək üçün, hər bir haqq sahibinə haqqını qaytarmaq üçün zühur edərək, zülmün təməlini qoyanlardan intiqamını alacaq Ağamız, Mövlamız, gözlərimizin Nuru olan Mehdi Müntəzərin (əccələllahu təala fərəcəhuş -şərif)in gözəl qəlbini şadlandıran balalarımıza, alimlərimizə, ruhanilərimizə, ilahiyyatçılarımıza!

Çox istəmişdiniz ki, İmam Hüseyn (ə)-ın davamçısı olasınız-Oldunuz da! Çox istəmişdiniz həzrəti Zəhra(s.a) və atası Muhəmməd (s)i sevindirəsiniz-Sevindirdiniz də…

Ən çox istədiyiniz Mütəal-Allahı razı salmaq idi ki, inşaallah O da razıdır. Çünki zərr aləmindəki əhdinizə vəfa edib yaxşılığa əmri və pisliklərdən çəkindirməklə bağlı əhdinizə sadiq qaldınız.

Siz ey Azərbaycanın Yusifləri, dünyaya arxa çevirib, zindanları gülüstanlara çevirənlər! Kaş zalımlar biləydilər ki, nə qədər hikmətlər gizlədib uca Rəbbim bu cismani ayrılığımızda...

Əgər bilsəydilər, hidayət olardılar. Məlumdur ki, bu da İlahinin məsləhətidir. Düşünürəm ki, əgər bilsəydik ki, "O", bütün bunlarda hansı xeyirləri gizlədib, bəlkə də Qiyamətədək cismən bir araya gəlməyimizi istəməzdik.

Əli (ə)in təbiriylə desək, xaki- nərdivanla dünyadan yuxarı aləmə qalxarıqsa, onsuzda "O"nda görüşüb bir tam olacağıq. Ey ruhu azad, cismi zindanda olan möminlərimiz!

Onu da deyim ki, neçə -neçə nəsillərə "Həqiqi Azadlıq" məfhumu adlı bir mesaj ötürdünüz.

Əminəm ki, sizin əməlləriniz nəsildən nəslə davamçılarınızın yetişməsinə təkan verdi; İstər ailələrinizdə,istərsə də cəmiyyətimizdə.

Peyğəmbər(s) buyurub: "Cənnətdə bir məqam var-insanlar, peyğəmbərlər və şəhidlər belə onlara qibtə edərlər". Səhabələr soruşdu:-Ya Rəsulallah,onlar kimlərdir?

Buyurdu: Yaxşılığa dəvət edib, pislikdən çəkindirənlər...

Bu hədisdən anlaşılır ki, siz əzizlərin Allah yanında məqamı çox üstündür. Allah təala buyurmuşdur: "İçərinizdə yaxşılığa dəvət edib, pislikdən çəkindirən" bir dəstə olsun. Siz də elə həmin dəstədənsiniz. Sağlıqla qalın, DİRİ ŞƏHİDLƏRİM!!!Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh.

Aybəniz Cəfərova

2018- iyun."

 

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi iyul ayının sonuna qədər davam edəcək.

Layihəyə göndərilən məktubların çoxluğu və oxucularımızın, zindandakı məhbusların yaxınlarının xahişi ilə layihəmizin vaxtını uzatdıq.

Bu gün zindanlarda yüzlərlə günahsız insanımız olmayan suçunun cəzasını çox ağır şəkildə çəkir.

Siz onlara ürək sözlərinizi, fikirlərinizi ifadə edən məktublarınızı bizə göndərin biz bu məktubları dünyaya çatdıraq. Siz zindanlarda məhkumluq həyatı yaşayan, isti yuvasından, doğma od-ocağından, əzizlərindən ayrı düşən məhbuslarımıza məktub yazın. Məktublarınız vetenugrunda.az saytında yayımlanacaq və eyni zamanda bütün məktublar "Zindannamə" adlı kitabda işıq üzü görəcək. 

Məktublarınızı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və facebook səhifəmizə (Vətən Uğrunda İctimai-Siyasi Qəzet) göndərə bilərsiniz.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

Vetenugrunda.az

Top
JoomlaLock.com All4Share.net