Bakı-Sumqayıt yolu bağlandı
Featured

06 Avqust 2018

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.

Top
JoomlaLock.com All4Share.net