Bu günümüzün diri Şəhidi: Abgül Süleymanov-VİDEO
Featured

06 Avqust 2018

Bu gün ilahiyyatçı-alim, siyasi məhbus, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin qurucusu Abgül Süleymanovun mübarək mövlududur. O, 6 avqust 1976-cı ildə dünyaya gəlib.

2002-ci ildə gəncləri dövrün narkomaniya, alkoqolizm və s. uzaq qalması üçün milli-mənəvi dəyərlərin təbliğinə başlayır. Gənclər arasında islam dinini təbliğ edir.

2003-cü ildə əzadarlıq və heyət təfəkkürünün təsisində xüsusi xidmət göstərir. Azərbaycanın müxtəlif bölgələrini dolaşan heyət, inanclı insanlar arasında böyük rəğbət qazanır. Səyyar formada qurulan məclislər Azərbaycanın milli-mənəvi əzadarlıq ruhiyyəsini tarixin qapanmış səhifələrindən qopararaq bu günün Azərbaycan reallığına bir daha nümayiş etdirir. 2005-ci il onun apardığı təbliğat və təşfiq işləri hüquqi müstəvi olaraq "Milli-Mənəvi Dəyərlər" adlı ictimai təşkilatın yaranmasına təkan verir.

Milli-mənəvi dəyərlərin qorunub inkişaf etməsi məqsədi ilə yaranan təşkilat 2005-ci ildə "Binqo" restoranında İslam peyğəmbəri Məhəmmədin və şiələrin altıncı imamı Sadiqin doğum gecələri təşkil edir. Elə həmən il Danimarkada Məhəmmədə qarşı olunan karikatura təhqirini mənəviyyata vurulan zərbə kimi dəyərləndirən təşkilat Xarici İşlər Nazirliyinin önündə bir neçə min nəfərin qatıldığı dinc etiraz aksiyasına qoşularaq bu işi tənqid edir.

2006-2009-ci illər İsrailin Fələstin xalqına qarşı apardığı soyqırıma qarşı İsrail səfirliyi önündə etiraz aksiyalarının təşkili və Abgül Süleymanovun bu aksiyalarda sionizmin məhvi, sionizmə ölüm şüarları səsləndirir.

2007-ci ildə "Qədir xum" bayramı Akademik Milli Dram teatrının binasında keçirilir. Elə həmin il Əlinin mövludu "Milli Parkın" "Cinema" klubunda təşkil olunur. 2008-ci ildə Maştağanın 1 saylı internat evində qonaq olan "Milli-Mənəvi Dəyərlər" təşkilatı Zeynəbin mövlud mərasimini uşaqların əhatəsində təşkil etdilər.

A. Süleymanov 2008-ci ildə Qüdsdə qətliamların dayandırılması, pozulan insan hüquqlarına seyirci qismində çıxış edən insan hüquq institutlarına etiraz olaraq təşkilat tərəfindən qurulmuş tədbir və konfranslarda kəskin çıxış edərək Qərbin vəhşi insan qatili olduğunu söyləyir. Elə həmin ilə təsadüf edən ölkədəki Azana qoyulan qadağa Abgülü çıxışları ilə bu hadisədə bir olmağa səsləyir.

2009-cu ildə Erməni və İsrail soyqırımına etiraz əlaməti olaraq "Hyat Regency" otelində "Qan yaddaşı" adlı gecə təşkil olunur və burada da Abgül çıxış edir. 2009-cu il elə həmin ünvanda Fatimə-Zəhranın şəhadəti ilə əlaqəli təşkil olunan "Şam işığında dua" adlı elmi-bədii gecəyə də rəhbərlik edib.

"Qarabağ qan yaddaşımız" adlı Qarabağın işğalına etiraz olaraq 2009-cu ildə B.Ə.M-də təşkilat tərəfindən təşkili və Abgülün Qarabağın azadlığı uğrunda canlarını qurban verməyə hazır olan mənəvi ruhlu gənclərin bu günü gözləmələrini söyləmişdir.

2009-cu ilin yayında "Fatimeyi Zəhra (s.ə)" məscidinin sökülməsinə iqtisad məhkəməsinin çıxardığı qərardan həmən sonra Abgülün təşəbbüsü ilə Bakı şəhəri icra hakimiyyəti önündə etiraz aksiyası təşkil olunur. 2009-cu ilin aşura günündə qapısının bağlı qaldığı Yeni Günəşlinin "Fatimeyi Zəhra (s.ə)" adlı məscidinin qapalı baryerləri aşaraq Aşura mərasimi orada keçirməsinə Abgül Süleymanovun da dəstək və yardımı olur.

2009-2010-cu illər Azərbaycanda "qanunsuz tikili" ittihamı ilə sökülən məscidlərlə bağlı fikirlər səsləndirir.

Mübariz İbrahimovun ailəsinə ilk səfəri də məhz Abgül Süleymanov təşkil edir. Mübariz İbrahimovun şəhadətindən sonra onun ailəsinə qarşı bəzi dövlət strukturlarından kəskin iradlar, dinc, atəşkəs vəziyyətində atdığı addım qınandığı bir şəraitdə Abgül Süleymanov bütün media və inanclı kütlənin diqqətini Biləsuvarın Əliabad kəndinə yönəldir.

Məhz bundan sonra 34 gün qapısı döyülməyən bu ailənin qapısını dövlət strukturlarından döyməyə başlayırlar.

2011-ci ilin martında Türkiyədə "Mavi Marmara" ilə bağlı toplantı Hacı Abgülün "Mavi Marmara" gəmisində şəhid edilən Türkiyə vətəndaşlarına qarşı İsrail qətliamı sərt tənqid olunur. Bununla bərabər Azərbaycandakı İslamofobiya mövzusunda da təşkil olunmuş yığıncaqlarda o islama qarşı ikili standartın yol verilməz olduğunu diqqətə çəkir.

Demokratik dəyərlərin rəhbər tutulduğu bu ölkədə İslama qarşı qeyri bərabər davranışın sifarişli xarici təsirlə idarə olunduğunu diqqətə çəkən Hacı Abgül bunun əksəriyyətinin inanclı olduğu Azərbaycan kimi dövlətdə həyata keçirilməsinin mümkünsüzlüyünü xarici ölkə tribunalarından səsləndirir.

Ölkədə hicaba qarşı aparılan mübarizədə Abgül Süleymanov bunun yol verilməz olduğunu təşkil olunan elmi konfranslar, media orqanlarının vasitəsi ilə bildirərək bu işdə olan qüvvələrə dayanmaq mesajını verir.

2010-cu ilin payızından ölkə daxili qadağa dalğaları ilə orta məktəbə gedən şagirdlərin təhsil müəssisələrinə hicabla gəlişini qadağalayan Təhsil Nazirliyinin qərarını konstitusion hüquqların pozulması kimi təsbit edən Abgül Süleymanov öncə bu qanunsuzluğu sivil yolla etiraz etsə də sonradan etiraz dalğaları daha kəskin forma alır.

Hakimiyyətin yaratdığı süni hicab qadağasına etiraza laqeyidlik, 2010-cu ilin dekabrında iki mindən artıq insan Təhsil Nazirliyinin inzibati binasının önünə gətirərək baş verən qanunsuzluğa sərt etiraz etmələri ilə müşahidə olundu.

Elə bu səbəblərə görə 2011-ci ilin avqustu Abgül həbs olunur. MTN-də saxlanılan ilahiyyatçı ittihamlara məruz qalaraq haqqında cinayət işi ilə bir il MTN-də saxlanılır. Ağır işlər üzrə məhkəmə 2012-ci ilin avqustunda 1 illik həbsdən sonra Abgül Süleymanova 11 illik həbs qəti imkan tədbirləri ilə həbs olunmasına qərar verir.

Top
JoomlaLock.com All4Share.net