Siyasi məhbus Elvin Bünyadova məktub var-ZİNDANNANMƏ
Featured

09 Avqust 2018

DİQQƏT! DİQQƏT!

Dəyərli oxucularımız vetenugrunda.az saytının "Zindana məktub..." layihəsi yekunlaşmaq üzrədir və biz hazırda "Zindannamə" kitabı üzərində çalışırıq.

Lakin "Zindana məktub"lar gəlməkdə davam edir. Odur ki bu ərəfədə son məktubları da vetenugrunda.az-da dərc etməli olduq.

Layihəmizə qoşulan hər kəsə təşəkkürümüzü çatdırırq.

"Böyük Zindandan kiçik zindana məktub

Müsəlman Birliyi Hərəkatının fəal üzvü həqiqi vətənpərvər ruhda tərbiyə alan bir Azərbaycan vətəndaşı Elvin Atif oğlu Bünyadov ziyalı ailəsində bu fani dünyaya göz açıb.

Elvin Bünyadov Müsəlman Birliyi Hərəkatının fəal üzvü olmaqla yanaşı həmdə Vətənimiz naminə malını canını fəda etmiş bir azərbaycanlıdır. O, dindar camiəylə yanaşı həmdə ictimaiyyətdə xidmətlərinə görə sevilir.

O, 2015-ci ildə Sabunçu hadisələrinə görə həbs edildi.

Həbsinin səbəbi isə vətənimizə, xalqımıza daim doğru düzgün İlahi qanunları çatdıran ilahiyyatçı alim Elçin Qasımovun qanunsuz saxlanılmasına etirazı idi.

Bir azərbaycanlı olaraq bildirmək isdəyirəm ki, belə addımlar səhv olmaqla yanaşı ölkəmizdə həqiqət aşiqlərinə Azadələrə qarşı yönəlmiş mənfur niyyətlərin bu ölkədə fəaliyyətindən bəhs edir və hətta həqiqi cinayətkarların deyil, haqq aşiqlərinə qarşı amansızcasına yönəlmiş təxribatın göstəricisidir.

Azərbaycanda hüquq normalarına riayət olunmasa, hər bir vətəndaşın hüququ bərpa olunmasa dövlətimiz süqut edəcək.

Dövlətimizə, dövlətçiliyimizə daim xidmətdə olmuşuq indidə xidmətdəyik hər an dövlətçilik ənənələrinin qorunub saxlanmasına milli kimliyə milli mənəvi dəyərlərin qorunmasına dair dövlətimizin qulluğundayıq. Mən bir sadə vətəndaş olsamda bu cür halların qarşısının alınmasını tələb etməyə haqqım var.

Elvin Bünyadovu doğulduğu, təhsil aldığı, xidmət etdiyi və yaşadığı ünvanlarda, hətta hazırda həbsxanada insanlara qarşı məhəbbəti, davranışı, düzgünlüyü, xeyriyyəçiliyi və s insani dəyərləri ilə sevilir.

Allaha, dininə, müqəddəslərə qarşı çox diqqətli olmaqla yanaşı kasıb fəqir –fuqara, kimsəsiz ailələrə, uşaqlara yardımı ilə daima öndə olurdu. Elvin Bünyadovun həbsindən sonra bir ailə mənə dedi ki, artıq iki aydır gəlib -gedənimiz yoxdu. Elvin olan vaxtlarda bizi tək qoymazdı, daim bizimlə maraqlanardı.

Elvinin həbsi ürəklərimizi dağladı. Artıq anlayıram ki, həqiqətən Allah dostları gizlində olurlar.

Azərbaycan hakimiyyətinə bildirmək istəyirəm ki belə şəxsiyyətləri şərləməklə əslində dövlətçiliyimizə qarşı təxribat hazırlayırlar.

Əslində məhbus ailələrinə nəzər saldıqda görürük ki, Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi, milli mənəvi dəyərlərin qorunmasında ən müstəsna xidmətlərilə daim öndə olublar, indi də öndədirlər.

Elvin Bünyadov qardaşıma bildirmək istəyirəm ki, hər zaman olduğu kimi bu ilahi haqq -ədalət yolunda sona qədər sizinləyəm.

İmza: Rəşad Səfərəliyev"

2018-ci il. 7 avqust

Top
JoomlaLock.com All4Share.net