İrfan Ciftçi azərbaycanlı "axundun" yalanını ifşa etdi
Featured

09 Avqust 2018

Azərbaycanda yeni "axund" peyda olub. Özünü axund Seyid İsa Ələkbər adlandıran bu adamın nə seyidlikdən, nə axundluqdan xəbəri var. Onu el arasında qaraj molası ayaması ilə təqdim edirlər. Bir qarajın divarlarına xalça-palaz asıb və özü üçün bu xalçalı-parçalı qarajı "Qədir -Xum Hüseyyniyyəsi" özünü də bu "Hüseyniyyənin" axundu elan edib.

"Axundluğundan" vəcdə gələn İsa Ələkbər bir az da irəli gedərək özünü nəinki Bakının, hətta bütün Qafqazın gənc din xadimi elan edib.

Bu adamın işi-peşəsi tanınmış adamların böyrünə qısılıb şəkil çəkdirib paylaşmaq və dövlət məmurlarını ad günlərində təbrik etməkdir. Ana dilimizdə yazmağı bacarmayan "axundun" fırıldaqları bir-bir faş olmaqdadır. 

Bu günlərdə qardaş Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Ciftçi ilə şəklini instagram hesabında paylaşaraq "Dəvətinizə görə təşəkkür edirəm" yazan "axundun" yalanını elə İrfan Ciftçi vetenugrunda.az-a verdiyi açıqlamada ifşa etdi: "Bu uşağı bir dəfə İran film həftəsində görmüşəm. Mənə yaxınlaşdı və bu şəkli də o tədbirdə çəkdirdi. Sonra telefonumu aldı və dedi ki, camiyyəm var, sizi iftara çağıracam dedi. Sonra bu uşaq dayanmadan, gecə-gündüz mənə zəng elədi. Səhər saat 5-də zəng edirdi ki sizə dua edirəm filan. Axır bezib hesabı bağladım". 


Yerigəlmişkən, bildirək ki, İrfan bəyin müdaxiləsindən sonra İsa adlı qaraj mollası şəkli hesabından silib.

Top
JoomlaLock.com All4Share.net