Keçmiş siyasi məhbus Elnur Fərəcov vəfat edib
Featured

09 Avqust 2018

Siyasi məhbus, AXCP fəalı, 31 yaşlı Elnur Fərəcov bu gün dünyadan köçdü.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, prezident İlham Əliyevin bu ilin mayın 24-də əfv etdiyi məhbuslar arasında Elnur Fərəcov da var idi. 

Elnur Fərəcov onkoloji xəstə idi. Onun səhhəti həbsxanada ötən il pisləşib və o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılmış 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb.

4 ay "tubzon"da saxlanılan Elnur Fərəcovun müalicəsinin nəticə vermədiyinə görə Penitensiar Xidmətin müalicə mərkəzinə köçürülmüşdü.

Qeyd edək ki, Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib. Cinayət işi 2016-cı ilin dekabrında açılıb. 

Neftçala Rayon Məhkəməsi şərlənərək həbs edilən Elnur Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Allah rəhmət eləsin.

İlham Əliyevə təşəkkürlər

31 yaşlı cəbhəçi Elnur Fərəcov bu gün gözlərini əbədi yumdu. Əliyev onu mayda əfvə salmışdı, salmasaydı türmədə öləcəkdi. Böyük humanizmdi!
Siz bu əclaflığa görə mütləq cavab verəcəksiniz. Hamınız. O qədər aha naləyə səbəb olmusunuz ki, ən rahat kreslo sizin üçün indinin özündə cəhənnəm əzabıdır. Bu gənckən məhv olan adamların qanı sizi tutacaq. Heç daxırmayın.
Əli Həsənovundan, Mədətinə, Murtuzun oğluna kimi. Hamınız bu insanları heç nədən şərləyib türmədə onların ömrün oğurladığlınıza görə cavab verəcəksiniz. Millətin əli indi zəif düşüb, amma bu müvəqqətidir, o əlin şapalağı hamınızın sifətində partlayacaq.

Top
JoomlaLock.com All4Share.net