18 yaşlı əsgəri kim öldürüb?
Featured

10 Avqust 2018

Ordumuzun daha bir əsgəri öldürülüb. Bu dəfə əsgərimizi ermənilər öldürməyib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, avqustun 8-də 2000-ci il doğumlu Fəhmin Akif oğlu Əbilovun Beyləqanın "N" saylı hərbi hissəsində özünü güllə ilə vuraraq öldürdüyü bildirilir. O, Lerik rayonunun Kıncıvo kəndinin sakinidir.

Ailəsinə təhvil verilərkən üzərindəki zorakılıq izləri onun intihar etmədiyini, işgəncə ilə öldürüldüyü ehtimalını yaradıb. Ailəsinin təkidi ilə Fəhminin cənazəsi Bakıya ekspertizaya göndərilib. Bu barədə jurnalist Azər Kazımzadə facebook sosial şəbəkəsində məlumat verib. O, bildirib ki, morqda baxış zamanı ayaq və əllərinin dərisinin soyulma halları üzə çıxıb: "Ola bilər ki, döyüb yerdə sürükləyiblər. Əsgərin üzərində şiddətli zorakılıq halları çox olduğu bildirilir.

Qulluq etdiyi hərbi hissədən altı nəfəri istintaqa cəlb ediblər".

Top
JoomlaLock.com All4Share.net