Azərbaycan hərbçisi yaralanıb
Featured

13 Avqust 2018

Dünən, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu Samit İsrafilov yaralanıb.


Bu barədə bu gün, avqustun 13-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:

"Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Top
JoomlaLock.com All4Share.net