"Azərenerji"nin yeni sədri kollektivə təqdim edildi
Featured

05 Sentyabr 2018

Prezident İlham Əliyevin sərəncamı ilə dünən "Azərenerji" ASC-yə sədr təyin edilən Balababa Rzayev bu gün kollektivə təqdim olunub.

Təqdimatı Baş nazirin birinci müavini Yaqub Eyyubov edib.

Qeyd edək ki, dünən Etibar Pirverdiyev "Azərenerji" ASC-nin sədri vəzifəsindən azad edilib. Onun işdən çıxarılma səbəbi kimi işində yol verdiyi nöqsanlar göstərilib.

B. Rzayev isə 2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin sədri olub. 2015-ci ildən isə "Azərişıq" ASC-nin Sədri vəzifəsini icra edib.

Top
JoomlaLock.com All4Share.net