8 min ərəb QİÇS-ə yoluxub-BAKIDA-VİDEO
Featured

12 Sentyabr 2018

İraqlı bloqqer Əli Əthabın ərəblərin Azərbaycana axını ilə bağlı apardığı araşdırma necə deyərlər aləmi qatıb biri-birinə.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə Əli Əthabın Bakıda ərəb turistlərin necə əyləndiyi barədə çəkdiyi filmin fraqmentləri yayılmağa başlayan kimi ortaya çıxan dəhşətli statistika və iddialar böyük müzakirələrə səbəb olub.

Əli Əthab Bakıda ərəb turistlərinin ən çox baş çəkdikləri əyləncə məkanlarından xəlvəti çəkilişlər edib. O, eyni zamanda ərəb turistlərə bələdçilik edən Sevinc adlı azərbaycanlı qızla etdiyi müsahibəni də paylaşıb.

Sevinc adlı bələdçi deyib ki, Azərbaycana gələn ərəb turistlər əsasən iki qrupa bölünürlər-gəzmək, istirahət etmək üçün ailələri ilə birlikdə gələnlər və içki içib yerli fahişələrlə əylənmək istəyən pullu gənclər.

İkincilər Bakıda əsasən "İnfiniti" və "Ellips" adlı gecə barlarına axın edirlər və tanış olduqları yüngül əxlaqlı qadınları özləri ilə qaldıqları otelə aparırlar.

Daha dəhşətlisi isə Azərbaycanda QİÇS-ə tutulan ərəblərin sayının 8 minə çatmasıdır. Əlbəttə ki, bu statistika inandırıcı görünmür. Amma görünür bu xəstələrin sayını bu qədər şişirtməkdə bloggerin iddiaları var.

Əthabın Azərbaycanda ərəb turistlərlə bağlı apardığı araşdırmadan bir saatlıq film hazırlayıblar və peyk üzərindən yayımlanıb.

Top
JoomlaLock.com All4Share.net