Bu ilin yeddi ayında 8538 boşanma baş verib
Featured

12 Sentyabr 2018

Bu il Azərbaycanda 1458 əkiz, 57 üçəm doğulub.

Аzərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5 faiz artaraq avqustun 1-i vəziyyətinə 9943226 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulan körpə qeydə alınıb.

Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.(report)

Top
JoomlaLock.com All4Share.net