Şeyx Sərdarın işi Avropa Məhkəməsində icraata götürülüb
Featured

24 Sentyabr 2018

Avropa İnsan Hüquqları Məhkəməsi şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayevin) işi üzrə kommunikasiyaya başlayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib: "Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 5.1, 5.3, 5.4 (azadlıq və toxunulmazlıq hüququ), 6.2 (teqsirsizlik prezumpisyası), 9 (fikir, vicdan və din azadlığı), 10 (fikri ifadə etmək azadlığı), 11 (yığıncaqlar və birləşmək azadlığı), 14 (ayrı seçkiliyin qadağan olunması) maddələrin pozulması ilə bağlı hökümətə suallar ünvanlamışdır.

Ümid edirik, Hacı Sərdar tezliklə vaxtından əvvəl azad olunar."

Top
JoomlaLock.com All4Share.net