Bakıda lift qırıldı, ölən var
Featured

04 Oktyabr 2018

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan liftin zənciri qırılaraq 10-cu mərtəbədən şaxtaya düşüb.

Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

Bir az əvvəl bədbəxt hadisədə həlak olan Mahirə Yusifovanın cəsədinin hadisə yerindən çıxarılması anının videosu yayılıb.

Virtualaz.org həmin videonu təqdim edir və xatırladır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.(yenicag.az)

Top
JoomlaLock.com All4Share.net