Qəbiristanlıqdan kənara çıxanlar 1000 manat cərimə ediləcək
Featured

05 Oktyabr 2018

Milli Məclisin bu gün, oktyabrın 5-də keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni - 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub.

Maddəyə əsasən, dəfn barədə məlumatın vahid reyestrdə yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə olunacaqlar.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcəklər.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə də 500 manatdan 1000 manatadək cərimələr tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.(report)

Top
JoomlaLock.com All4Share.net