Avtobus qəzasında yaralanan gənc süni nəfəs aparatına qoşulub-VİDEO
Featured

08 Oktyabr 2018

Oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu ilə qatar toqquşması nəticəsində baş verən qəzada yaralananlardan daha birinin vəziyyəti ağırlaşıb.  

Vetenugrunda.az-ın verdiyi xəbərə görə hadisə zamanı ağır yaralanan Salmanov Novruz Arzuman oğlunu süni nəfəs aparatına qoşublar. Yaxınlarının verdiyi xəbərə görə, Novruz komadadır. Hadisə zamanı Novruzun boynunun araxası deşilib, ayaqlarının iksi də sınıb, qabırğaları sınıb, qaraciyəri dağılıb, dalağını kəsib götürüblər, ağciyərləri isə qanla dolub. Həkimlər hazırda süni nəfəs aparatına qoşulan Novruzun yaşama ehtimalının az olduğunu bildiriblər. Əgər Novruz yenidən həyata qayıdarsa artıq bütün keçmişini unutmuş vəziyyətdə olacaq, yaddaşını itirəcək.

1997-ci il təvvəlüdlü Novruz Salmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasnını (AESMA) bu il bitirib. 

Xatıdrladaq ki, 160 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusundakı sərnişinlərin əksəriyyəti orta məktıəb şagirdləri olub. Hadisə zamanı dünyasını dəyişən, 218 saylı orta məktəbin  7-ci sinif şagirdi Yusid Dadaşzadə isə ailənin tək övladı olub. Atasının mediaya verdiyi açıqlamada bəlli olub ki, 13 il övlad yolu gözlədikdən sonra Yusif dünyaya gəlib.

Remi Muradov adlı şəxsin şəkli.

Yusif Dadaşzadə

Hadisədən bir gün sonra isə yaralılardan biri, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasını dəyişib. Binə Peşə Liseyində uzun illər xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyən Ş.Əliyev qəza zamanı ciddi zədə aldığından onun həyatını xilas etmək mümkün olmayıb.

Avtobus qəzasında yaralanan müəllim dünyasını dəyişdi-VİDEO

Hadisə ilə bağlı KİV-ə açıqlama verən Azərbaycan Dəmir Yolları QSC-nin rəsmisi deyib ki, hadisə zamanı şlaqbaum bağlı olub. Lakin indi sizə təqdim edəcəyimiz videodan da göründüyü kimi qatar hərəkətdə olduğu zaman şlaqbaum açıq olub. Bu isə 2 nəfərin ölümünə 34 nəfərin yaralanmasına səbəb olub. 

 



Top
JoomlaLock.com All4Share.net