"Hacı Mazan"ın ölkədən çıxışına qadağa qoyuldu – VİDEO
Featured

10 Oktyabr 2018

Xəbər verdiyimiz kimi "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Ramazan Zeynalovun ölkədən çıxışına qadağa qoyulub. Hadisədə iştirak edən digər iki şəxs də R.Zeynalov kimi ölkəni tərk edə bilməyəcək.

Qeyd edək ki, "Hacı Mazan" dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi.(minval.info)

Top
JoomlaLock.com All4Share.net