Siyasi məhbusun anası fəryad etdi
Featured

12 Oktyabr 2018

Siyasi məhbus, AXCP fəali, şərlənərək həbs edilən Ruslan Nəsirlinin anası Məleykə Nəsirova oğluna qarşı edilən haqsızlığa etiraz edib. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, M.Nəsirova oğlunun ağciyərində problem olduğunu və 3 dəfə Rusiyada müalicə olunduğunu bildirib: "Deməli, ölkənin əqidəli, intellektual, savadlı insanlarını şərləyib həbsə salırlar, ürəkləri bəs demir işgəcə, zor tətbiq edirlər, yaxınlarıyla görüş və telefon haqqına qadağa qoyurlar, həbs müddətlərini artırırlar, hələ üstəlik, yetmir yenidən işgəncə verirlər. Bunlar vətən xaini deyil, narkoman deyil, rüşvətxor deyil, dövlətin pulunu mənimsəməyib, cinayətkarlıqla məşğul olmayıb, xuliqanlıq etməyiblər, axı bu qədər qəzəb nəyə gərək.

Xalqın ziyalısını, əli qələm tuta bilən, öz haqqını tələb edən insanı həbsəmi salırlar? Onlar ölkə üçün, millət üçün özlərini mübarizəyə həsr ediblər, bir ananın, bu vətənin övladlarıdırlar. Çoxunun sağlıq durumu yerində deyil. Ruslan Rusiyada 3 kurs ciyərindən müalicə alıb, səhhəti həbsxana şəraitinə uyğun deyil.
Günahsız insanları həbsxanalarda məhv etməyin! Bəsdir! Sizləri zülmü durdurmağa səsləyirəm!"

YADDAŞ

Mayın 25-də günün ikinci yarısı AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Babək Həsənli polislər tərəfindən saxlanılıb. Hər üç şəxsin evində axtarış aparılıb.

Hər üç saxlanan şəxsin bütün hüquqları əlindən alınıb. Onların yaxınları ilə nəinki görüşməsinə, hətta telefon danışıqlarına və məktub yazmasına qadağa qoyulub. Üstəlik oktyabrın 8-da hər üç siyasi məhbusu səbəbsiz yerə karsa salıblar. Dünən saat 12-də onları karsdan çıxarıblar.

Top
JoomlaLock.com All4Share.net