Almaniyada azərbaycanlı miqrantlar etiraz aksiyası keçirdi
Featured

20 Oktyabr 2018

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı Almaniyanın Nürnberq şəhərində Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi - (BAMF) Mərkəzi Binasının qarşısında Azərbaycandan olan mühacirlərə pis münasibətə etiraz olaraq aksiya keçirib.

Təşkilatın İdarə Heyətinin əlaqələndiricisi Rafiq Təmrazovun meydan tv-yə verdiyi məlumata görə, aksiyaya Almaniyanın müxtəlif şəhərlərindən olan DAS üzvlərilə yanaşı digər partiya və siyasi-ictimai təşkilatların nümayəndələri də qatılıblar:

"Almaniya hökumətinə ünvanlanan müraciətdə əsasən sığınacaq üçün müraciət edənlərin ədalətli şəkildə dinlənilməsi, alman məmurların rüşvət və kürü diplomatiyası vasitəsilə ələ alınması, hakimiyyət tərəfindən azərbaycanlı tərcüməçilərin nəzarətə götürülməsi, Almaniya səfirliklərilə çalışan, Vəkillər Kollegiyasının üzvü olan vəkillərin mühacirlərin fəaliyyətinə kölgə salan qərəzli məlumatların verilməsi və şəxsi məlumatların hakimiyyətə ötürülməsi, hakimiyyət dairələrinin maddi resursları vasitəsilə yaradılmış mətbuat orqanlarında Avropada yaşayan mühacirlərin fəaliyyətinə kölgə salınması və onlara qarşı qarayaxma kampaniyasının aparılması, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi şöbəsinin rəhbərinin göstərişilə Kütləvi İnformasiya Vasitələrində siyasi fəalların hədələnməsi, Avropadakı mühacirlərin Azərbaycanda yaşayan yaxınlarına qarşı təzyiqlərin göstərilməsi, Avropada olan aktivistlərə qarşı cinayət işinin qaldırılması, azərbaycanlıların intaqrasiyasına şərait yaradılması və s. məsələlər öz əksini tapıb".

R.Təmrazovun sözlərinə görə, bütövlükdə aksiyada 150-dək aktivist iştirak edib:

"Tədbirin sonunda mitinq iştirakçıları tərəfindən imzalanmış müraciət rəsmi qaydada BAMF-a təqdim edildi, eyni zamanda müraciətin digər nüsxələri Almaniyanın əlaqədar strukturlarına və Beynəlxalq İnsan Hüquqları Təşkilatlarına göndərildi".

Top
JoomlaLock.com All4Share.net