Nazirin atası: "Elmar filoloq deyil, xarici işlər naziridir"-VİDEO
Featured

05 Noyabr 2018

"O, mənimlə Azərbaycan dilində danışır"

"Ataların bir sözü var. "Hər gözəlin bir eybi olar". Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!"

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarov deyib.

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə çıxış edən Elmar Məmmədyarovun Azərbaycan dilində rabitəsiz ifadələr işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Atası nazirin tənqidlərə tuş gəlməsini doğru hesab etmir.

Məhərrəm Məmmədyarov deyib ki, Elmar Məmmədyarov rus dilində təhsil alsa da, Azərbaycan dilində danışa bilir:

"Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya, Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır.

Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikir söyləyənlər vətənpərvər insanlar deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin".(modern.az)

Top
JoomlaLock.com All4Share.net