Uşaq bağçalarının İH-nin tabeliyindən çıxarılması təklif edildi
Featured

07 Noyabr 2018

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib.

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən E.Süleymanova deyib ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə verilməlidir.

Ombudsman bildirib ki, hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə, ehtiyatda və istefada olan hərbi qulluqçuların kompensasiya verilməsi prosesi tam başa çatdırılmalıdır: "Hesab edirəm ki, bu çox vacib məsələdir. Həmçinin mənzil kirayəsinin qiyməti xeyli artdığına görə, həmin şəxslərə (ehtiyatda və istefada olan hərbi qulluqçular), indiki hərbi qulluqçulara ayrılan kirayə pulunun artırılması zəruridir".(report)

Top
JoomlaLock.com All4Share.net