Daha bir jurnalist müəmmalı şəkildə saxlanıldı
Featured

09 Noyabr 2018

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Bu barədə hüquq müdafiəçisi Samirə Ağayeva sosial şəbəkədə məlumat yayıb:

"Dünən saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki Asan xidmətində xarici pasport alması üçün getmisdir. Orada ona bildirdilər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq orada Sabunçu rayonun 13-cu polis bölməsinin əməkdaşlarının gözlənməsi xahiş olundu. 

Təxminən 15 dəqiqədən sonra o, polis bölməsininə aparılaraq bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi bildirildi.

Axşam saat 19-20 arasında atası və vəkili da İdarənin qabağına gəldilər. Sonda o, növbətçi hissəyə təhvil verildi və oradan bildirdilər ki, gecə orada qalacaq.

Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışdılar. Vəkil nə ora buraxılmadı, nə də hansısa məlumat verilmədi.

İndiyənə qədər İlkinin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması və heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur.

Qeyd edim ki, məlumat ombudsman aparatına, 102 xidmətinə çatdırılıb.

İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuşdur və bütün məhkəmələrə şahid qismində dəvət edilmişdir."

Top
JoomlaLock.com All4Share.net