Abel Məhərrəmov BDU-da qaldı
Featured

22 Noyabr 2018

Abel Məhərrəmov yenə də BDU-da işləyir - Hər gün işə gəlir.
Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Rektor vəzifəsindən azad olunan A.Məhərrəmov öz kabinetini "Üzvi kimya" kafedrasına köçürüb. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən "Üzvi kimya" kafedrasının rəhbəri olmasıdır. A.Məhərrəmov hazırda bu kafedrada rəhbər kimi fəaliyyətini davam etdirir, hər gün işə çıxır, bu sahədə öz təcrübəsini tələbələrlə bölüşür.

Məsələ ilə bağlı açıqlama verən BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, akademik Abel Məhərrəmov hazırda "Üzvi kimya" kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.(unikal.org)

Top
JoomlaLock.com All4Share.net