9 ayda Bakıda 10 minə yaxın insan dünyasını dəyişib
Featured

04 Dekabr 2018

Cari ilin doqquz ayı ərzində Bakı şəhərində 9 980 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Hesabat dövründə Bakı şəhərində doğulan körpələrin sayı 22 494 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,3 olub. Doğulan körpələrdən 258-i əkiz, 5-i isə üçəm olub.

Ümumilikdə bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 273,9 min nəfərə çatıb. (trend)

Top
JoomlaLock.com All4Share.net