Bakıda çökmə təhlükəsi artır
Featured

05 Dekabr 2018

"Təcili müvafiq mühafizə tədbirləri görülməsə Bayıl yaylası çökə bilər. Çünki oranın torpağı, xərəklə daşınaraq doldurulub”.
Bu sözləri movqe.az-a açıqlamasında şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayev söyləyib. C. Qocayev bildirib ki, keçmiş "Bayıl bazarı"nın qarşısında inşa edilən hündür binalar sökülməli, ərazidə təcili yol bağlanmalıdır: "Ümumiyyətlə Bayıl yaylası, Batamdar ərazisi tarixdən də məlumadur ki, sürüşməyə meyillidir.

Bayılın adı da həmin dövrdə "torpağın bayılması" sözündən yaranıb. Batamdara bu ad ərazidə sürüşmə baş verdiyi üçün qoyulub. "Batıram dart" sözünün birləşməsindən əmələ gələrək Batamdar adlanıb.

Tarixdə Səbail rayonu 3 dəfə uçaraq dağılıb. "Sə bayıl"- üç dəfə bayılan sözündən əmələ gəlib. Bu gün də Bayıl yaylasını eyni təhlükə gözləyir. Tədbirlər görülməzsə Bayıl yaylası çökəcək."

Top
JoomlaLock.com All4Share.net