Dilarə Əliyeva-Ziyalı, vətənpərvər və müəmmalı qəzanın qurbanı...
Featured

14 Dekabr 2018

Əliyeva Dilarə Ələkbər qızı — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990).


Bu gün Azərbaycanın ziyalı xanımlarından olan Dilarə Əliyevanın doğum günüdür. O, 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.

Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləyib, 1954-cü ildə müdafiə edib. 

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçisi, eyni zamanda bölmə müdiri kimi çalışıb. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub. Hazırda Bakıda bir küçə onun adını daşıyır.

Похожее изображение

Aydın Məmmədov və Dilarə Əliyeva

1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olub (Aydın Məmmədov ilə birgə). Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Top
JoomlaLock.com All4Share.net