Saatlının Azadkənd kəndinə qaz verilib
Featured

27 Dekabr 2018

Saatlının Azadkənd kəndinə təbii qaz verilib.

403 evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 52 min 291 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub. Bu barədə azertac məlumat verib. 

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sakinləri təbrik edib.

Azadkənd kəndi də daxil olmaqla, hazırda rayonun 44 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb. Qalan 10 kəndə isə təbii qaz gələn il veriləcək.

Top
JoomlaLock.com All4Share.net