Print this page

Bəzi dərmanların istifadəsi qadağan edildi
Featured

28 Dekabr 2018

Zərərli maddələrin siyahısına dəyişiklik olunub.

Milli Məclisin iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı"na dəyişiklik layihəsi səsverməyə çıxarılıb.

Siyahıdakı 79-cu "Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)" bəndində dəqiqləşdirmə aparılıb. Siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.

Layihədə bildirilib ki, "Tramadol hidroxlorid" ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.

Bundan başqa, siyahıya "Qabapentin" (bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur) "Aminometil" (tsikloheksansirkə turşusu) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.

Layihə səsə qoyularaq qəbul edilib.