Bakıdan Gəncəyə 100 manatlıq bilet
Featured

28 Dekabr 2018

"Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə sürət qatarında fantastik tariflər müəyyən etməklə, daha bir mühüm dövlət layihəsini "yerə soxur".

"Azərbaycan Dəmir Yolları" QSC yeni istifadəyə verilən və dekabrın 30-dan etibarən, Bakı-Gəncə marşrutu üzrə hərəkət edəcək sürət qatarına biletlərin qiyməti 15 manatdan 100 manat qədər təyin edilib.

Bakıdan Gəncəyə 350 kilometrlik məsafəni 4,5 saata qət edəcək sürət qatarının VİP vaqonuna bileti 100 manata əldə edə bilərsiz. Qatarın biznes-klass vaqonlarında qiymətlər 50, standart yerlərə isə 15 manatdır.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC rəhbəri Cavid Qurbanovdur.

 

Top
JoomlaLock.com All4Share.net